Məhkəmə qərarları › İş №3(009)-1868/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1868/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1868/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, 23 fevral 2000-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan X3 (FİN: 63PL1FR) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin faktiki halları Şikayət verən X6 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Bakı şəhər Baş X9 İdarəsi tərəfindən barəsində inzibati xəta barədə qərar qəbul edilmiş və 100 (yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. Qərarda bildirilir ki, guya xx.xx.2025-ci il tarixində o avtobus zolağına daxil olmaqla yol hərəkəti qaydasını pozmuşdur. Lakin qeyd etmişdir ki, həmin tarixdə o yol hərəkətini tənzimləyən polis əməkdaşının birbaşa göstərişi əsasında avtobus zolağına daxil olmuşdur. Bu göstərişi yerinə yetirmək onun üzərinə düşən vəzifə olub və bunun nəticəsində onun hərəkəti inzibati xəta kimi qiymətləndirilə bilməz. Hadisə xx.xx.2025-ci il tarixində baş verməsinə baxmayaraq, qərar xx.xx.2025-ci il tarixində, yəni 6 gün sonra çıxarılmışdır. Halbuki belə hallarda qərar qanunvericiliyə əsasən qısa müddət ərzində qəbul olunmalı və tərəfə vaxtında təqdim edilməlidir. Cərimə tətbiq olunmazdan bir gün əvvəl, xx.xx.2025-ci ildə ona tanımadığı bir nömrədən zəng edilərək Bakı şəhər Baş DYP İdarəsinin 24-cü otağına çağırılmışdır. Lakin bu çağırış rəsmi və yazılı şəkildə edilməmiş, ona heç bir hüquqi əsas izah olunmamışdır. Qeyri-rəsmi zəng vasitəsilə vətəndaşın çağırılması hüquqazidd və əsassızdır. Qərarın ləğv edilməsi üçün o aidiyyəti üzrə ilkin qaydada Bakı şəhər Baş DYP İdarəsinə şikayət etmişdir. Lakin daxil olan cavab əsaslandırılmamış, ümumi və səthi xarakterli olmuş, konkret faktlara və sübutlara əsaslanmamışdır. Bu səbəbdən cavab onu qane etməmiş və məsələ öz hüquqi həllini tapmamışdır. O qayda pozuntusunu polis əməkdaşının göstərişi ilə etdiyini, qərarın gecikdiyini və qanuni müddətdə çıxarılmadığını, çağırış prosedurunun qanunsuz şəkildə həyata keçirildiyini, şikayətinə verilən cavabın yetərincə əsaslı və hüquqi izahlarla təmin olunmamasını bildirmişdir. Məhkəmə iclasında X6 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək qeyd etdi ki,xx.xx.2025-ci il tarixində Bakı şəhər Baş X9 İdarəsi tərəfindən inzibati xəta barədə qərar qəbul edilmiş və 100 (yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. xx.xx.2025-ci il tarixində yol hərəkətini tənzimləyən polis əməkdaşının birbaşa göstərişi əsasında avtobus zolağına daxil olmuş, göstəriş nəticəsində hərəkəti inzibati xəta kimi qiymətləndirilə bilməz. Hadisə xx.xx.2025-ci il tarixində baş verməsinə baxmayaraq, qərar xx.xx.2025-ci il tarixində, yəni 6 gün sonra çıxarılmışdır. Qayda pozuntusunu polis əməkdaşının göstərişi ilə etdiyini, qərarın gecikdiyini və qanuni müddətdə çıxarılmadığını, çağırış prosedurunun qanunsuz şəkildə həyata keçirildiyini, şikayətinə verilən cavabın yetərincə əsaslı və hüquqi izahlarla təmin olunmamasını bildirərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası DİN X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 11:56-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ərazisində “X7” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “327.1-1, 5.9, 5.10.1 - 5.10.3 nişanları ilə nişanlanmış, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş-hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqla hərəkət etmə” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN X9 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki məhkəmə iclasında şikayət vermiş şəxsin səsləndirdiyi fikirlər əsasında toplanmış sübutlarla müəyyən edilir ki, X6 barəsində Azərbaycan Respublikası DİN X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan xx.xx.2025-ci il tarixdə saat 11:56-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ərazisində qeyd olunan qayda pozuntusunu törətməsi aşkar surətdə görünmür. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə Azərbaycan Respublikası DİN X9 İdarəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, sürücü X6 ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasa da, qərarı qəbul edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri gözlənilmədən sürücü barəsində özü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələblərinə əsasən yalnız inzibati xəta haqqında protokol tərtib edilə bilərdi və həmin protokol İXM-in 124.4-cü maddəsinin tələblərinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi. Göründüyü kimi DİN Baş X10 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri gözlənilməmiş, həmçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinə göndərilməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 şikayəti qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası DİN X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar