Məhkəmə qərarları › İş №3(009)-1870/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1870/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1870/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə vətəndaş X3 məxsus dəyəri 96 manat olan akumilyator oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, etibarnamə əsasında ağ rəngli “X9” markalı **-VY-*** dövlət nömrə nişanlı avtomobil idarə edir. O, həmin avtomobillə Bakı şəhərinin müxtəlif yerlərində yerləşən otellərə və başqa obyektlərə tərlik daşımaqla kuryer kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat 13.30 radələrində idarə etdiyi avtomobillə Badamdar qəsəbəsində yerləşən otelə tərlik gətirib tərliyi otelə təhvil verdikdən sonra siqaret almaq üçün idarə etdiyi avtomobillə Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən “Araz” marketin qarşısına gəlib avtomobili marketin qarşısında saxlayıb marketə girib siqaret alıb bayıra çıxmışdır. O, bayırda pilləkənin yanında yerdə akumulyator olduğunu görmüş, akumulyatoru götürmək niyyəti ilə gedib avtomobilin yük yerinin yan qapısını açmış və sonra gəlib akumulyatoru götürüb yük yerinə qoyaraq oradan çıxıb getmişdir. Akumilyator avtomobildə olan zaman polis ənməkdaşları ona zəng edib onun akumulyator götürdüyünü soruşanda o, akumulyatoru götürdüyünü etiraf etmişdir. Bundan sonra axşam saatlarında işi qurtardıqdan sonra akumulyatoruda götürüb 41-ci PB-yə gəlmişdir. Ona məlum olmuşdur ki, həmin akumulyator bir nəfər şəxsə məxsus olmuş və həmin şəxs akumulyatorunun oğurlanması barədə şikayət etmişdir. Əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 tərəfindən daxil olmuş şikayət ərizəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X3 məxsus olan akumulyatorun naməlum şəxs tərəfindən oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə tərəfimdən araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Baş vermiş oğurluq hadisəsini törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi yaranmışdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, 16 noyabr 2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən “Araz” marketin qarşısından oğurlanmış “Dominat” markalı 75 ölçülü akumlyator X3 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, akkumulyator ona qaytarılmışdır, Şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar