Məhkəmə qərarları › İş №3(009)-1872/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1872/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1872/2022 18.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Aynurə Bayramovanın, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Füzuli rayonu Dilağarda kəndində anadan olmuş, ailəli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Aynurə Bayramovanın tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MNNo1475604 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Xətai rayon məhkəməsinin 2(011)-5391/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 50.000 manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməlidir. İcra sənədi ilkin olaraq xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra şöbəsinin icraatında olmuş, xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Səbail rayon İcra şöbəsinə göndərilmiş və icraata qəbul edilmiş, könüllü olaraq icra şöbəsinə gəlmədiyi üçün borclunun axtarışı elan edilmiş, məcburi qaydada icra şöbəsinə gətirilmiş, icra sənədinin uzun müddət icraatada olmasına baxmayaraq bugünədək borc ödənilməmişdir. Buna görə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru Aynurə Bayramovanın inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq edərək göstərmişdir ki, artıq uzun müddətdir icra sənədi icraatdadır, icra sənədi üzrə Şəxs tələbkara ödəməli olduğu borcu ödəmir, icra şöbəsinə könüllü gəlmədiyi üçün axtarışa verilmiş və məcburi qaydada şöbəyə gətirilmişdir. Borclu barəsində Xətai rayon Məhkəməsi tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar ona göndərilməmiş və iş materiallarında mövcud deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, Xətai rayon İcra şöbəsində icra işi olarkən onun barəsində həmin maddə ilə analoji protokol tərtib edilmiş və Xətai rayon Məhkəməsinin xx.xx.2022ci il taixli qərarı ilə o, 500 manat cərimə olunmuşdur. Onun bir azyaşlı uşağı var və maddi imkanı yoxdur ki, borcu ödəsin. Bu halı onun barəsində inzibati qərar qəbul edərkən də demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs- icra şənədi üzrə tələbkar X3 öz ifadəsində göstərmişdir ki, icra sənədi 1 ildən yuxarıdır ki, icradadır, bu müddət ərzində 1 manat da olsun borclu ödəniş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1855/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aid olan eyni fakt üzrə yəni Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5391/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi, icra sənədinin icrasını təmin etməməsi ilə bağlı xətaya görə inzibati tənbeh etmə haqqında qərar vardır və həmin qərar qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd edilən Konstitutsiya Məhkəməsinin Plenium Qərarındakı hüquqi mövqeyini və göstərilən qanunvericilik aktının normalarının nəzərə alaraq hesab edir ki, Şəxs aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar olduğundan, o, həmin xətaya görə təkrarən inzibati qaydada tənbeh oluna bilməz. Ona görə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs aid eyni fakt üzrə inzibati tənbeh etmə haqqında qərar olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsinş. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar