Məhkəmə qərarları › İş №3(009)-1873/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1873/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1873/2022 18.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Norilsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu Şatroba kəndində qeydiyyatda olan Sumqayıt şəhəri, 45-ci məhəllə, ina 101/3, mənzil 21-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Səbail rayonu, Bayıl qəsəbəsində ictimai yerdə X1 təhqir edərək şərəf və ləyaqətin alçaltmışdır. Bununla da Şəxs AR İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olmasını, bir daha belə hərəkətə yol verməyəcəyini və zərərçəkən şəxsdən üzr istədiyini bildirmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs X2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu Prokurorluğunun inzibati biasından X4 taksi sifariş vermiş, “Toyota” Prius markalı avtomaşına minmiş, sürücü avtomaşında ona qarşı təhqiredici ifadələr işlətmişdir. Hazırda təqsirləndirilən şəxs ondan üzr istəmiş və onu bağışlamışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 510-cu maddəsinin tərkibi mövcuddur. Beləliklə, iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını, zərərçəkmiş şəxsin onu bağışlamasını nəzərə alaraq Şəxs AR İMX-nın 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar