Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1875/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Tural Aşurovun, zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri 19 saylı Notariat Kontorunun 3M-13 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 21 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Bakı şəhəri 19 saylı Notariat Kontorunun 3M-13 saylı, xx.xx.2018-çi il tarixli icra sənədinə əsasən borclu Şəxs 14152 manat tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir.Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmişdir. Tələbkar xx.xx.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu tərəfindən onun xeyrinə ödəniş edilmədiyini bildirmişdir. Borclu barəsində xx.xx.2019-cu il tarixdə axtarış qərarı qəbul olunmuş və icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsindən şöbəyə daxil olmuş məktubda borclu barəsində axtarış işinin açıldığı qeyd olunmuşdur. Bundan başqa borcluya məxsus “Mercury Mariner” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu aşkar olunmuş və üzərinə həbs qoyulması məqsədilə məhkəməyə təqdimat ilə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-49/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən avtomobilin üzərinə həbs qoyulması qərarı alınmışdır. Dövlət Vergi Xidmətindən alınmış məlumatda borclunun "xxxx" QSC-də hesablarının mövcud olduğu müəyyən olunmuşdur. Həmin hesabların üzərinə həbs qoyulması məqsədilə inkasso sərəncamları tərtib edilmişdir. Bank hesabında pul olmadımdan inkasso sərəncamları icra olunmamışdır. Borclu xx.xx.2021-ei il tarixdə polis tərəfindən şöbəyə təhvil verilmişdir. Həmin gün borclu barəsində Azərbaycan Respublikası; İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokola baxılan zaman tərəflər öz aralarında şifahi tazı lığa gəlmiş və tələbkar məhkəməyə ərizə ilə müraciət edərək borclu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 3(009)-1776/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən tələbkarın ərizəsi nəzərə alınaraq inzibati xəta haqqında protokola xitam verilmişdir.Sonrakı dövrdə tələbkar şöbəyə ərizə ilə müraciət edərək borclu tərəfindən aralarında əldə olunmuş şifahi razılığa əməl olunmadığını və borc məbləğindən ona ödəniş edilmədiyini bildirmiş, borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclunun yaşayış yeri məlum olmadığından onun barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu barəsində 20099/2022 saylı, xx.xx.2022-ci il tarixli axtarış işi açılmışdır. xx.xx.2022-ci il tarixdə borclu Şəxs şöbəyə gəlmiş və ondan izahatı alınmışdır. İzahatında məhkəmə qərarından xəbərdar olduğunu son bir ayda heç yerdə işləmədiyinə görə borcu ödəyə bilməməsini qeyd etmiş, lakin son iyirmi gündə tələbkara 550 manat ödəniş etdiyini, bu gün 100 manat ödədiyini və xx.xx.2022-ci il tarixdən 200 manat olmaqla mütəmadi olaraq tələbkara ödəniş edəcəyini üzərinə öhdəlik götürdüyünü izahatında bildirmişdir. Borclu tərəfindən bugünədək ümumilikdə 650 manat məbləğində tələbkarın xeyrinə ödəniş edilib. Hazırda borclunun icra sənədi üzrə 13,502 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Tural Aşurov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, son bir ayda heç yerdə işləmədiyinə görə borcu ödəyə bilmir, lakin son iyirmi gündə tələbkara 550 manat ödəniş etmişdir, 200 manat olmaqla mütəmadi olaraq tələbkara ödəniş edəcəyini üzərinə öhdəlik götürür, bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin (tələbkar) numayəndəsi X4 borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İş materialına əlavə olunan izahatdan görünür ki, Şəxs zərərçəkmiş şəxs (tələbkar) X3 550 manat məbləğində ödəniş etmiş və xx.xx.2022-ci il tarixdən etibarən mütəmadi olaraq, tələbkara 200 manat ödəniş etməyi üzərinə öhdəlik kimi götürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1875/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1875/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver