Məhkəmə qərarları › İş №3(009)-1877/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1877/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1877/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 iyul 2025-ci il tarixli, 00100- 01987/25 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 10 iyul 2025-ci il tarixli, 00100-01987/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, AZ1812, Şirvan şəhəri, 1 May, ev 106A ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına idxal olunan yük **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə birgə təqdim olunmuş sənədlər yoxlanlarkən 3 eyni nömrə və tarixli invoys sənədləri (xx.xx.2024- YS/04/2024), lakin hər birində fərqli invoys dəyəri olduğu məlum olmuşdur. Sözügedən invoys sənədlərinin ayrıayrılıqda dəyərləri 492137,13 ABŞ dolları, 316607,00 Çin yuanı (RMB), 39575,96 ABŞ dolları olaraq qeyd olunduğu məlum olmuşdur. Əlavə olaraq, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/022/007269 saylı raporta əsasən Çin Xalq Respublikasından "Sabiroğlu” MMC-nin adına CMAU5137900 nömrəli konteynerlə gələn, YS/20/2024 nömrəli xx.xx.2024 tarixli invoysla müşayiət olunan və Bakı Baş Gömrük İdarəsində **********8156 saylı gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə xx.xx.2025-ci il tarixində Abşeron gömrük postunun anbarında fiziki baxış həyata keçirilmişdir. Baxış zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 234 yer 1000 ədəd AİR FİLTER 2841 BLUE ticarət nişanlı hava filterləri, 2440 59 yer 200 ədəd ümumilikdə 293 yer 1200 ədəd AİR FİLTER ticarət nişanlı bəyan olunduğu halda, 26 yer 1040 ədəd FUEL FİLTER **********34 və 33 yer 396 ədəd X3 ********** ticarət nişanlı hava filtrlərinın bəyan olunmadığı aşkar edilmişdir. Baxış zamanı aşkar olunan faktla bağlı "malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMCnin nümayəndəsinin iştirakı təmin edilmiş və o, izahatında bildirmişdir ki, qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti əsasən yük avtomobillərinin, texnikanın ehtiyat hissələrinin idxalından, daha sonra həmin malların daxili bazarda topdan və ya pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Ehtiyat hissələrini əsasən Türkiyə Respublikasından, Çin Xalq Respublikasından və Rusiya Federasından Azərbaycan Respublikasına idxal edirlər. İşin mahiyyəti üzrə bildirir ki, Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD” şirkəti ilə bağlanılan nömrəsiz xx.xx.2022-ci il tarixli müqavilə əsasında həmin şirkətdən “HOWO markalı yük avtomobilləri üçün ehtiyat hissələri" yükü sifariş verilmişdir. Sifariş verilən “HOWO markalı yük avtomobilləri üçün ehtiyat hissələri" yükü Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD” şirkətindən Şəxs MMC-nin ünvanına göndərilmişdir. Göndərilən "HOWO markalı yük avtomobilləri üçün ehtiyat hissələri” yükü 34686677 nömrəli yol nəqliyyat qaiməsi üzrə TCNU9867277 nömrəli konteynerdə olmaqla 42133322 nömrəli vaqon ilə "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və həmin yüklər Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixdə YS/04/2024 saylı xx.xx.2024-cü il tarixli invoys üzrə **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Əvvəl "Sabiroğlu” MMC-nin qanuni təmsilçisi Allahverdiyev Elnur olmuşdur. Nömrəsiz xx.xx.2022-ci il tarixli müqavilə elektron qaydada Allahverdiyev Elnur tərəfindən və Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD” şirkəti tərəfindən imzalanmışdır. **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ümumi invoys dəyəri ABŞ dollarına münasibətdə 39575.88 ABŞ dolları olmaqla 316607 Çin yuanıdır. **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların əsas ümumi invoys dəyəri ABŞ dollarına münasibətdə 39575,88 ABŞ dolları olmaqla 316607 Çin yuanıdır. Həmin malların invoys sənədləri Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD" şirkəti tərəfindən göndərilmiş və həmin sənədlər də gömrük orqanına təqdim edilmişdir. Həmin sənədlərdə uyğunsuzluq barədə Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD" şirkətinə məlumat verildi. Həmin şirkətdən məktub da göndərilmişdir və həmin məktubda göndərilən malların dəyərinin ABŞ dollarına münasibətdə 39575.88 ABS dolları olmaqla 316607 Çin yuanı olduğu bildirilmişdir. Həmçinin, göndərilən malların siyahısı excel faylında yığılan zaman forum xətasının olduğu şifahi olaraq ixracatçı şirkət tərəfindən bildirilmişdir. Həmin xətaya görə misal olaraq dəyəri ən ucuz olan malın bir vahidinin 62.50 ABŞ dolları olması göstərilmişdir, lakin həmin malın ölkə daxilində faktiki bazar qiyməti daha ucuzdur. Bir daha bildirir ki, göndərilən malların invoys dəyərində fərqliliyin olması onların xətası deyil. Həmin mallara dair onlara hansı invoys sənədləri göndərilibsə onlar da həmin sənədləri diqqət yetirməmiş sistemə əlavə etmişlər. Bir daha bildirir ki, xx.xx.2024-cü il tarixli YS/04/2024 nömrəli invoys sənədində qeyd olunan malların invoys dəyəri ABŞ dollarına münasibətdə 39575.88 ABŞ dolları olmaqla 316607 Çin yuanıdır. **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların Azərbaycan Respublikasının daxili bazarına münasibətdə ekspert tərəfindən dəyərləndirilməsinə heç bir etirazı yoxdur, çünki həmin ehtiyat hissələri rəsmi olaraq tərəflərindən satışdadır və həmin malların daxili bazarda real dəyəri də hamıya məlumdur. **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara görə Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD” şirkətinə ödənişlər həyata keçirilməyib. **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar hal-hazırda TCNU9867277 nömrəli konteynerdə olmaqla Abşeron gömrük postundadır. Həmin konteynerə baxış keçirilməyib. Əlavə olaraq bildirir ki, Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD" şirkətindən onlara bildirilmişdir ki, bəzi mallar TCNU9867277 nömrəli konteynerə yerləşmədiyindən növbəti partiyada göndərilən digər konteynerə yığılmışdır. Odur ki, TCNU9867277 nömrəli konteynerdə olan malların hər hansısanın artıq və ya əskik gəlməsi ehtimalı da ola bilər. Odur ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən "X2 and Export Co., LTD"xxxx"Sabiroğlu MMC-nin ünvanına TCNU9867277 nömrəli konteynerlə göndərilən və **********370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan "Howo” markalı yük avtomobilləri üçün nəzərdə tutulmuş yük avtomobillərinin ehtiyat hissələr və ləvazimatları yükünə “Abşeron” gömrük postunda baxış keçirilmişdir. Baxış nəticəsində YS/04/2024 nömrəli xx.xx.2024cü il tarixli invoysun 162-ci mövqeyi üzrə 2000 ədəd olaraq bəyan olunan yanacaq filteri yükünün (**********34) faktiki olaraq 960 ədəd olduğu, 165-ci mövqeyi üzrə 820 ədəd olaraq bəyan olunan hava filteri (P781466) yükünün isə faktiki olaraq 1608 ədəd olduğu aşkar olunsada, YS/04/2024 nömrəli xx.xx.2024-cü il tarixli invoysun digər mövqeləri üzrə bəyan olunan malların miqdarında isə hec bir uyğunsuzluq olunmamışdır. Əlavə olaraq, bildirmişdir ki, Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD” şirkəti ilə bağlanılan nömrəsiz xx.xx.2022-ci il tarixli müqavilə əsasında həmin şirkətdən "daxiliyanma mühərrikləri üçün hava filtrləri” yükü sifariş verilmişdir. Sifariş verilən "daxiliyanma mühərrikləri üçün hava filtrləri” yükü Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD” şirkətindən Şəxs MMC-nin ünvanına göndərilmişdir. Göndərilən "daxiliyanma mühərrikləri üçün hava filtrləri" yükü 35034090 nömrəli yol nəqliyyat qaiməsi üzrə CMAU5137900 nömrəli konteynerdə olmaqla 94325198 nömrəli vaqon ilə "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və həmin yüklər Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixdə YS/20/2024 saylı xx.xx.2024-cü il tarixli invoys üzrə **********8156 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara baxış keçirilən zaman yanacaq filterinin 960 ədəd olduğu müəyyən olunmuşdur, lakin **********8370 sorğu nömrəli gömrük bəyannaməsində 2000 ədəd bəyan olunmuşdur. Ümumən, həmin yanacaq filterlərini gömrük orqanına bəyan edilmiş, lakin Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD" şirkəti tərəfindən 960 ədəd yanacaq filteri TCNU9867277 nömrəli konteynerə, digər 1040 ədədi isə CMAU5137900 nömrəli konteynerə yüklənmişdir. Bir daha bildirir ki, yanacaq filterləri 2000 ədəd olaraq gömrük orqanına bəyan edilmişdir. Lakin, xəbərləri olmadan Çin Xalq Respublikasında qeydiyyatda olan "X2 and Export Co., LTD” şirkəti tərəfindən TCNU9867277 nömrəli konteynerə YS/04/2024 saylı xx.xx.2024-cü il tarixli invoysun 165-ci mövqeyində qeyd ediləndən əlavə 788 ədəd hava filteri və CMAU5137900 nömrəli konteynerə YS/20/2024 saylı xx.xx.2024-cü il tarixli invoysda qeyd ediləndən əlavə 396 ədəd hava filteri yüklənilmişdir. Ümumilikdə 1184 ədəd hava filteri xəbərləri olmadan göndərilmişdir. Həmin malları rəsmiləşdirmək niyyətindədirlər və yaranacaq olan gömrük ödənişlərini ödəməyə hazırdılar. 1184 ədəd hava filteri və 1040 ədəd yanacaq filteri yüklərinin Azərbaycan Respublikasının daxili bazarına münasibətdə ekspert tərəfindən dəyərləndirilməsinə heç bir etirazı yoxdur, çünki həmin ehtiyat hissələri rəsmi olaraq tərəflərindən satışdadır və həmin malların daxili bazarda real dəyəri də hamıya məlumdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X1 izahatında göstərmişdir ki, qeyd edilən xətalar Şəxs MMC tərəfindən törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2 və 505-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin Rəsmiləşdirilməsi Mərkəzinin 1-ci şöbə, 2-ci bölməsinin rəisi tərəfindən tərtib edilmiş 22 yanvar 2025-ci il tarixli, 3-33-1100/012/002243 saylı raportdan görünür ki, AZ1812, Şirvan şəhəri, 1 May, ev 106A ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına idxal olunan yük **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı **********8370 sorğu nömrəli gömrük bəyannaməsi ilə birgə təqdim olumuş sənədlər yoxlanılarkən 3 eyni nömrə və tarixli invoys sənədləri (xx.xx.2024-YS/04/2024), lakin hər birində fərqli invoys dəyəri olduğu məlum olmuşdur. Sözügedən invoys sənədlərinin ayrı-ayrılıqda dəyərləri 492137,13 ABŞ dolları, 316607,00 Çin yuanı (RMB), 39575,96 ABŞ dolları olaraq qeyd olunduğu məlum olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 19 may 2025-ci il tarixli 47 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Howo” markalı yük avtomobilləri üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin və ləvazimatlarının ümumilikdə xx.xx.2025-ci il tarixə orta bazar qiyməti təxminən 161656,1 manat müəyyən edilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 19 may 2025-ci il tarixli 124 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli qərara əsasən “Gömrük orqanına bəyan edilməyən 1040 (min qırx) ədəd “yanacaq filteri” və “Gömrük orqanına düzgün bəyan edilməyən 396 (üş yüz doxsan altı) ədəd “hava filteri” yükünün xx.xx.2025-ci il tarixə orta bazar dəyəri ümumilikdə təxminən 9946,6 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********8370 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN **********) ünvanına ayrı-ayrılıqda dəyərləri 492137,13 ABŞ dolları, 316607,00 Çin yuanı (RMB), 39575,96 ABŞ dolları olan 3 bağlama “HOWO markalı yük avtomobilləri üçün ehtiyat hissələri" yükü ölkə ərazisinə idxal edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********8156 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən “Gömrük orqanına bəyan edilməyən 1040 (min qırx) ədəd “yanacaq filteri” və “Gömrük orqanına düzgün bəyan edilməyən 396 (üç yüz doxsan altı) ədəd “hava filteri” yükü mövcuddur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə təqsirli bilinməli, lakin Məcəllənin 505-ci maddəsində nəzərədə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Şəxs MMC həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 8375,19 manat gömrük ödənişlərinin məbləğinin 70 faizi məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 8375,19 (səkkiz min üç yüz yetmiş beş manat on doqquz qəpik ) manat gömrük ödənişlərinin məbləğinin 70 faizi məbləğdə, yəni 5863 (beş min səkkiz yüz altmış üç) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar