Məhkəmə qərarları › İş №3(009)-188/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-188/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-188/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şikayətçi X3, İnzibati tənbeh vermə haqqında qərar çıxarmış Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Vergilər Departamentinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı inzibati tənbeh vermə haqqında qərarından hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Vergilər Departamentinin tərəfindən X3 İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair xx xxxx 2016-cı il tarixli, **********332600 saylı qərar qəbul edilmişdir. X7 Bakı Vergilər Departamentinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək qərarın ləğv olunmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayətçi X4 Bakı Vergilər Departamentinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin olunmuş, həmin qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarından narazı qalan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin rəisi Lalə Cəfərova apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, qərarının ləğv olunmasını və X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Apellyasiya şikayəti qismən təmin edilmiş, X3 şikayəti təmin edilərək Bakı Vergilər Departamentinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2020-ci ilin iyul ayının 07-də ona məlum olmuşdur ki, Bakı Dövlət Universitetinin müəllimi kimi bu ilin iyun ayı üçün almalı olduğu əmək haqqı qismən bank hesabına köçürülmüşdür, yəni əmək haqqının yarısı ödənilməmişdir. Bunun səbəbi ilə maraqlandıqda Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********332600 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədinə istinadən əmək haqqından hər ay 50% tutulması tələbi barədə məktub daxil olduğu bildirilmişdir. Həmin məktubun və inzibati xəta haqqında iş üzrə Bakı Vergilər Departamentinin rəis müavinin **********332600 saylı, xx xxxx 2016-cı il tarixli qərarının surəti 2020-ci il iyul ayının 08-də Bakı Dövlət Universitetinin mühasibatlığından ona verilmişdir. Bu şikayətdə icraçının və icra hərəkətlərinin qanunsuzluğu məsələsinə toxunmadan İnzibati xəta haqqında iş üzrə Bakı Vergilər Departamentinin rəis müavinin **********332600 saylı, xx xxxx 2016-cı il tarixli qərarını əsassız və qanunsuz hesab edir. Belə ki, icraçının tələbində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********332600 saylı, xx xxxx 2016-cı il tarixli icra sənədinə istinad olunsa da, məktuba belə sənəd deyil, inzibati xəta haqqında iş üzrə Bakı Vergilər Departamentinin rəis müavinin **********332600 saylı, xx xxxx 2016-cı il tarixli qərarı əlavə olunmuşdur. İnzibati xəta haqqında iş üzrə Bakı Vergilər Departamentinin rəis müavinin **********332600 saylı, xx xxxx 2016-cı il tarixli qərarında xx xxxxxx 2016-cı il tarixli “VN” seriyalı 318732 saylı protokola və materiallara baxıldığı göstərilir. Lakin bu protokolun kim tərəfindən və nə vaxt tərtib edildiyi və hansı materiallara baxıldığı qərardan məlum olmur. Tərəfindən heç bir inzibati xəta tərkibli əməl törədilməmişdir. İnzibati xətanın törədildiyi bildirilən xx xxxxxx 2016-cı ildə qanuni təmsilçi və təsisçi olmamış, hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı sənədlərin təqdim olunması üzrə hər hansı öhdəlik və vəzifə daşımamışdır. Onda olan məlumatlara görə, “xxxx” ASC-nin ləğvi barədə sənədli məlumat vaxtında, heç bir ləngimə və pozuntuya yol verilmədən qeydiyyat orqanına təqdim olunmuşdur. xx xxxxxx 2016-cı ildə inzibati protokol tərtib olunması həqiqətə uyğun deyil. Həmin vaxt qüvvədə olan 2000-ci il İnzibati xətalar məcəlləsinə görə inzibati xəta aşkar edildikdə dərhal protokol tərtib olunmalı, barəsində protokol tərtib edilən şəxsin iştirakı, izahat vermə hüququ təmin olunmalı, protokolun surəti həmin şəxsə verilməli idi (410.3 maddəsi). Şikayət olunan qərarın giriş hissəsində onun İnzibati Xətalar Məcəlləsinin 400-cü maddəsi ilə təqsiri bilinməsinə dair olduğu göstərilsə də, qərarın nəticə hissəsində inzibati cərimənin 405-ci maddəsi ilə təqsirli hesab olunub tətbiq olunduğu göstərilir. Halbuki inzibati xətanın törədildiyi göstərilən gün qüvvədə olan 2000-ci il İnzibati Xətalar Məcəlləsinin 400-cü maddəsi “inzibati qaydada tutma haqqında protokol”, 405-ci maddəsi isə “götürülmüş şeylərin qiymətləndirilməsi” məsələsini tənzimləyirdi. İnzibati xəta haqqında işə baxılması üçün hazırlıq aparılmalı, o cümlədən barəsində icraat aparılan şəxsə işə baxılması yeri və vaxtı barədə rəsmi çatdırılmalı olan bildiriş göndərilməli idi. Qanunun 417-ci maddəsində irəli sürülən tələbləri də kobud surətdə pozulmuş, müvafiq qərardad qəbul edilərək işin baxılmasının tarixi və yeri təyin edilməmiş (420-ci maddə) və digər mühüm məsələlər həll edilməmiş və qərardad barəsində inzibati iş aparılan şəxsə göndərilməmiş və ya təqdim olunmamışdır. İşə baxılarkən Məcəllənin 423-cü maddəsinin mühüm tələbləri, xüsusilə barəsində inzibati iş aparılan şəxsin iştirakı təmin olunmamış, iş üzrə çıxarılmış qərarın surəti üç günədək müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə göndərilməmiş və ya təqdim olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 362-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinin ən önəmlisi şəxslərin hüquqlarını və azadlıqlarını qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Həmin Məcəllənin 370.1-1 maddəsi müəyyən edir ki, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən verilir. Göründüyü kimi protokol tərtib edlərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bütün hüquqları bilərəkdən və kobud şəkildə pozulmuşdur. Qərar çıxarıldıqdan sonra şikayət vermə müddəti keçdikdən sonra işə baxan səlahiyyətli şəxs onu icraya yönəltməli idi. Şikayət vermə müddəti isə qərarın şəxsə verildiyi gündən sonra hesablana bilərdi. Dörd il keçdikdən sonra şikayət olunan qərarın ortaya çıxması və qanunsuz şəkildə tələm-tələsik icrasına cəhd olunması müəmmalı və qərəzli məqsədlərlə hərəkət olunduğu qənaəti yaradır. Göstərilənləri nəzərə alaraq Bakı Vergilər Departamentinin rəis müavinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X7 şikayət ərizəsinin təmin edilməsini, Bakı Vergilər Departamentinin rəis müavinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X6 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, o, Cəmiyyətə hüquqi xidmət göstərən hüquq firmasının işçisi idi və müəyyən yardımçı işlər görürdü. Amma nə əvvəllər, nə də sonradan Cəmiyyətin adından təmsilçiliklə bağlı səlahiyyət və etibarnamə verilməmişdir. Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə yalnız “xxxx” ASC-nin səhmdarı X2 Şahid xx xxxxxx 2016-cı il tarixli notarial qaydada verilmiş etibarnaməyə əsasən “xxxx” ASC-nin ləğvi ilə bağlı səhmdar olaraq onu təmsil edərək müvafiq ləğv etmə sənədlərini, cəmiyyətin ləğv edilməsi ilə əlaqədar bütün dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etməyi, vəkalət verənin adından lazımı sənədləri imzalamağı, “xxxx” ASC-nin ləğvinin təmin olunması ilə bağlı zəruri hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsviyəçi adından müraciətləri, ərizələri, elanları vermək, müvafiq qeydiyyat orqanlarına ərizə ilə müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etmək etibar edilmişdir. Bundan Cəmiyyətin təsviyəçisi X3 xəbəri olmamışdır. Lakin həmin etibarnamənin yalnız “xxxx” ASC-nin səhmdarı X2 tərəfindən digər səhmdarların, razılığı olmadan verilmişdir. Onun “xxxx” ASC-nin ləğvi barədə müraciət etmək hüququ olmamışdır. Məhkəməyə yazılı izahat ilə müraciət edərək, 2016-cı ilin fevral ayında Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən səhmdarı olduğu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə əlaqədar Şahid etibarnamə verməyi ilə əlaqədar bildirir ki, həmin etibarnaməni öz təşəbbüsüm ilə verməmiş. Həmin İdarədən dəvət etdilər və dedilər ki, Cəmiyyətin direktorusunuz və etibarnamə verməyinizə ehtiyac vardır. O, da xx xxxxxx 2016-cı il ildə Cəmiyyətin ləğvi barədə Ümumi Yığıncaq qərar qəbul etdiyini, direktor vəzifəsindən azad olunduğunu və səlahiyyətlərinə xitam verildiyini bildirmiş. Bundan sonra onlar həmçinin səhmdar olduğunu, səhmdar kimi etibarnamə verməyini dedilər. Hansı məzmunda və nəyə görə lazım olduğunu soruşduqda, kompüterdən çıxardıqları mətni təqdim edərək, bunun işin xeyrinə olduğunu bildirdilər. Doğrusu, o, başa düşmədi ki, bu necə xeyir edəcək, heç verilən mətni də oxumadı. Etibarnamə Talıbovanın adına hazırlandı və imzaladı. Talıbova Cəmiyyətə hüquqi xidmət göstərən hüquq firmasının işçisi idi və müəyyən yardımçı işlər görürdü. Amma nə əvvəllər, nə də sonradan Cəmiyyətin adından təmsilçiliklə bağlı səlahiyyət və etibarnamə verilməmişdir. Bir neçə aydan sonra Cəmiyyətin təsviyəçisi Atakişi Abbas ona dedi ki, məlumat çatıb ki, Vergi orqanı ondan cərimə istəyir. Heç bir məlumatı olmadığını, heçnə deyə bilmədiyini dedi. Bu günlərdə onu məhkəməyə dəvət edəndə bildi ki, onun verdiyi etibarnamədən ləğvetmə zamanı istifadə edildiyi üçün onu məhkəməyə çağırıblar. Etibarnamənin hər hansı qanunsuz məqsədlə istifadə edilməsindən xəbəri olmayıb, belə etibarnamənin hüquqi qüvvəsi ona bəlli deyil, heç bir pis məqsəd güdməmiş. Belə başa düşür ki, orada bir anlaşılmazlıq baş verib. Cəmiyyətin təsviyəçisi Atakişi Abbasdan razı olmuşlar, o, öz işini lazımi qaydada və qanuni şəkildə icra edib və onun fəaliyyətinə şəxsən tərəfindən heç bir müdaxilə fikri olmayıb. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Bakı Vergilər Departamenitinin xx xxxx 2016cı il tarixli, **********332600 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli, 318732 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 2016-cı il tarixli protokolunun dövlət qeydiyyatına alınması üçün müraciət edilməsi təsviyəçi X5 həvalə edilməsinə baxmayaraq müraciət qanunla müəyyən edilmiş 15 gün ərzində təqdim edilməməsinə görə hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi X7 barəsində İnzibati Xətalar Məcəlləsinin (2000-ci il İnzibati Xətalar Məcəlləsi) 200-3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Vergilər Departamenti tərəfindən hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi X5 ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli, **********746700 nömrəli bildirişdən görünür ki, xx xxxxxx 2016-cı il tarixdə “xxxx” ASC-nin təsviyəçisi X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 200-3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola və iş üzrə digər materiallara xx xxxx 2016-cı il tarixdə, saat 15:00-da Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində baxılacağı barədə X7 xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Vergilər Departamentinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı inzibati xəta haqqında qərarından görünür ki, təsis sənədləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini təsdiq edən xx xxxxxx 2016-cı il tarixli “xxxx” ASC-nin ləğv edilməsi barədə qərarı dövlət qeydiyyatına alınması üçün 15 iş günü ərzində deyil, xx xxxxxx 2016-cı il tarixdə Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildiyindən hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx xxxx 2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx xxxx 2016-cı il tarixli, **********332600 saylı icra sənədi əsasında icraata başlanılmış və borclu X5 10 müddətində könüllü icranı təmin etməsi üçün vaxt verilmişdir. “xxxx” ASC-nin təsviyəçisi X3 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ünvanladığı ərizədən görünür ki, “xxxx” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarı ilə Cəmiyyətinin könüllü surətdə ləğv edilməsi qərara alınmış və X7 Cəmiyyətin ləğvi üzrə təsviyəçi təyin edilmişdir. “xxxx” ASC-nin 30 yanvar 2016-cı il tarixli Ümumi Yığıncağının protokolu ərizəyə əlavə edilərək ləğvlə əlaqədar digər sənədləri yaxın günlərdə təqdim ediləcəyini bildirimişdir. xx xxxxxx 2016-cı il tarixli X3 təkrarən Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ünvanladığı ərizədən görünür ki, Ümumi Yığıncağının protokolunun təsdiq olunmuş surəti, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, Cəmiyyətin ləğv edilməsi ilə bağlı “Vergilər” qəzetində elan verilməsi ilə bağlı təsviyəçi xx xxxxxx 2016-cı il tarixli ilkin ərizənin surəti və Cəmiyyətinin möhürü ərizəyə əlavə edilərək “xxxx” ASC-nin ləğv prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil olunmasını xahiş edilmişdir. Kommersiya qurumunun dövlət qeydiyyatına dair ərizənin qeydiyyat orqanı tərəfindən qəbul edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli bildirişdən görünür ki, “xxxx” ASC dövlət qeydiyyatına dair ərizə qeydiyyat orqanında **********098000 nömrə ilə qeydə alınmışdır. Ərizəyə baxımasının nəticəsinə dair sənədi qeydiyyat orqanından xx xxxxxx 2016-cı il tarixdə götürülməsi bildirilmişdir. Şahid xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ünvanladığı ərizədən görünür ki, xx xxxxxx 2016-cı il tarixli ərizə ilə təqdim edilmiş sənədlərin icra edilmədən, yəni qeydiyyata alınmadan geri qaytarılması xahiş edilmişdir. Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında xx xxxxxx 2016-cı il tarixli, **********765700 nömrəli ərizədən görünür ki, Şahid “xxxx” ASC-nin ləğvi üçün müraciət etmiş və ərizə qeydiyyatdan keçirilərək müvafiq prosedurlar başlanılmışdır. “xxxx” ASC-nin ləğvi üzrə təsviyəçi X3 xx.xx.2016-cı il tarixli qərarı ilə cəmiyyətin ləğvinin təmin olunması ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsini təmin etmək məqsədilə hüquqşünas Şahid təsviyəçi adından müraciətləri, ərizələri, elanları vermək, müvafiq qeydiyyat orqanlarına ərizə ilə müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək, lazımı formaları doldurmaq və imzalamaq, hazır sənədləri qəbul etmək kimi köməkçi funksiyaları yerinə yetirmək həvalə edilmişdir. “xxxx” ASC-nin səhmdarı X2 Şahid xx.xx.2016-cı il tarixli notarial qaydada verilmiş etibarnaməsindən görünür ki, “xxxx” ASC-nin ləğvi ilə bağlı səhmdar olaraq onu təmsil edərək müvafiq ləğv etmə sənədlərini, cəmiyyətin ləğv edilməsi ilə əlaqədar bütün dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etməyi, vəkalət verənin adından lazımı sənədləri imzalamağı, “xxxx” ASC-nin ləğvinin təmin olunması ilə bağlı zəruri hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsviyəçi adından müraciətləri, ərizələri, elanları vermək, müvafiq qeydiyyat orqanlarına ərizə ilə müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etmək etibar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.2-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şahid Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə yalnız “xxxx” ASC-nin səhmdarı X2 Şahid xx.xx.2016-cı il tarixli notarial qaydada verilmiş etibarnaməyə əsasən “xxxx” ASC-nin ləğvi ilə bağlı səhmdar olaraq onu təmsil edərək müvafiq ləğv etmə sənədlərini, cəmiyyətin ləğv edilməsi ilə əlaqədar bütün dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etməyi, vəkalət verənin adından lazımı sənədləri imzalamağı, “xxxx” ASC-nin ləğvinin təmin olunması ilə bağlı zəruri hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsviyəçi adından müraciətləri, ərizələri, elanları vermək, müvafiq qeydiyyat orqanlarına ərizə ilə müraciət etmək, sənədləri qeydiyyat orqanına təqdim etmək və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etmək etibar edilmişdir. Lakin həmin etibarnamənin yalnız “xxxx” ASC-nin səhmdarı X2 tərəfindən digər səhmdarların razılığı olmadan verilməsi Şahid “xxxx” ASC-nin ləğvi barədə müraciət etmək hüququn olmadığını göstərir. Belə olan halda “xxxx” ASC tərəfindən hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etmək vəzifəsi "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının Protokoluna uyğun olaraq xx.xx.2016-cı il tarixdən hesablanmalıdır.“ Məhkəmə, həmçinin qeyd edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X5 Cəmiyyətin təsviyəçisi olaraq istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətçi (hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi) X3 şikayəti ilə bağlı qeyd edir ki, Bakı Vergilər Departamentinin xx xxxxxx 2016-cı il tarixli, 318732 nömrəli inzibati xəta haqqında protokolu əsasında hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 200-3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qərar qəbul edilməsi üçün isə Bakı Vergilər Departamentinin rəis müavini Xəyal Babayev tərəfindən hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi X5 xx xxxxxx 2016-cı il tarixli, **********746700 nömrəli bildiriş göndərilsə də, sözügedən bildiriş imzalanmamış, həmçinin həmin bildirişin hüquqi şəxs “xxxx” ASC-nin təsviyəçisi X5 çatdırılması və onun tərəfindən qəbul edilməsi ilə bağlı məhkəmədə iştirak etmiş nümayəndə tərəfindən heç bir sübut təqdim edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. X3 şikayəti təmin olunmalı, Bakı Vergilər Departamentinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı Vergilər Departamentinin xx xxxx 2016-cı il tarixli, **********332600 saylı “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəqsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar