Məhkəmə qərarları › İş №3(009)-1881/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1881/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1881/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı, X2 Azərbaycan Respublikası DİN Vİİ Tağım Yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları: Məhkəmənin icraatına X2 Azərbaycan Respublikası DİN Vİİ Tağım Yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Eyni zamanda X3 ərizə ilə məhkəmə müraciət edərək işinə yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi: Qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. Bundan sonra isə işə aidiyyəti üzrə baxılması üçün inzibati xətanın törədilmə yerinin, vaxtının müəyyən edilməsi və inzibati tənbehin hansı əsaslara görə verilməsi öyrənilməlidir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər X3 ərizə ilə məhkəmə müraciət edərək işinə yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılmasını xahiş etmiş, lakin “elektorn məhkəmə informasiya sistemin”dən sorğu nəticəsində əldə edilmiş çıxarışda qeydiyyat yeri olaraq Ağdam rayonu, seydili Ərazi D., Sarıhacılı kəndi olduğu müəyyən edilmişdir. X1 işinə yaşadığı ərazi üzrə baxılmasına dair ərizəsinə yaşayış yerinin Səbail rayonu olması ilə bağlı hər hansı sənəd (arayış) əlavə etməmişdir bu baxımdan məhkəmə hesab edir ki, təqdim edilmiş ərizədə şikayət vermiş şəxsin Səbail rayonunda yaşaması ilə bağlı yaşayış yerinin müəyyən edilməsi barədə sənəd əlavə edilmədiyindən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd olunan hallardan çıxış edərək hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət verilmiş şikayətin yaşayış yeri üzrə baxılması barədə ərizədən şəxsin qeyd etdiyi Səbail rayonu ərazisində yaşayıb-yaşamadığını müəyyən etmək mümkün olmadığına görə X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikası DİN Vİİ Tağım Yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar