Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1885/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlu xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ailəli, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 94-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 21.09.2021-ci il tarixli MN№1130698 seriyalı inzibati xəta haqqında protokola əsasən 21.09.2021-ci il tarixdə Şəxs işlətdiyi T.Əliyarbəyov küçəsində yerləşən “Compas Pub”da saat 00:40-da obyekti işlətməsi aşkar olunmuş, bununla da karantin qaydalarının pozulması halı aşkar edilmişdir. Hakim qeyd edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxılarkən onun tamamlamaq mümkün olmadığından, geri qaytarılmalıdır. AR İXM-nın 211.1-ci maddəsində fiziki şəxsin ,vəzifəli şəxsin və hüquqi şəxsin inzibati məsuliyyəti müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol “Compas Pub” adlı restoranın administrator vəzifəsində işləyən işçisi Şəxs barəsində tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas isə “Compas Pub” adlı kafenin karantin qaydalarını pozaraq gecə saat 24:00-dan sonra fəaliyyət göstərməsi olmuşdur. Hakim ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs “Compas Pub” adlı restoranın administratoru olması qeyd edilsə də, bununla bağlı sübutlar, yəni əmək müqaviləsinin və ya əmək münasibətlərində olmasını təsdiq edən sübutlar protokola əlavə edilməmişdir. Əmək müqaviləsində şəxsin konkret hansı işlərə cavabdehlik daşıması müəyyən edilidyindən, hazırki işə baxılarkən bu sənəd xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən AR İXM-nın 17-ci maddəsi vəzifəli şəxs kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsini nəzərdə tutur. Hakim qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin – administratorun sahibkarlıq fəaliyyətini həyata keçirməsini təsdiq edən sübutlar da protokola əlavə edilməmişdir. Ümumiyyətlə inzibati xəta haqqında protokolda Şəxs fiziki və ya vəzifəli şəxs qismində olub-olmaması əks olunmamışdır. Yuxarıda göstərilənlər inzibati xəta haqqında protokolun natamam olmasını təsdiq etdiyindən, həmin protokola baxılması qeyri-mümkündür. AR İXM-nın 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən daxil olmuş məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə, İnzibati xata haqqında iş üzrə icraat göstərilən vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Beləliklə hakim hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nın 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Şəxs AR İXM-nın 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş ******* saylı 21.09.2021-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1885/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1885/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver