Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1887/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən barəsində tərtib edilmiş EQ 11618519 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən barəsində tərtib edilmiş EQ 11618519 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Həmin qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXMin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyinin yoxlanması məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq barəsində qərar çıxarılmış fiziki şəxs inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli və həmin qərarın surəti şikayətə əlavə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən, Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş EQ 11618519 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti şikayətçiyə geri qaytarılmalı və X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra inzibati tənbeh vermə haqqında qərarı əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,106, 109 və 118, 128-129 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib edilmiş EQ 11618519 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1887/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1887/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver