Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1888/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti və həmin qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatəti Səbail Rayon Məhkəməsinə daxil olmuş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)- 1888/2022 saylı qərarı ilə X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 xx.xx.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1888/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1888/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver