Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-189/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X2 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokolundan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokolundan şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayətçi öz şikayətində avtomobilin dövlət qeydiyyat nişanının üzərinə tibbi maskanın düşməsini və kim tərəfildən qoyulmasının araşdırlmasını xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayətdə inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan deyil, yalnız hadisənin baş vermə mexanizminin müəyyən edilməsi xahiş edilmişdir ki, qeyd edilən tələb inzibati xəta haqqında iş üzrə icraat zamanı araşdırılmalı olan məslələrdəndir və qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarına inzibati xəta haqqında protokol əlavə edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokol İXM 346.1 və 342.9-cu maddələri ilə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, İXM 342.9-cu maddəsisində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs barəsində yekun qərar qəbul edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Yuxarıda qeyd edilən hallar hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir və hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil. Ona görə də, X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli, İXP ******* nömrəli protokolundan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-189/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-189/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver