Məhkəmə qərarları › İş №3(009)-189/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-189/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-189/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 01 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin direktoru X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin direktoru X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinin 01 yanvar 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinin 23 yanvar 2023-cü il tarixdə barəsində qəbul etdiyi “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” MN seriyalı, ******* nömrəli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunaraq həmin cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Sözügedən qərara əsasən törədilmiş hüquqpozmanı 30 gün müddətində aradan qaldırdığı təqdirdə inzibati cərimə ödənilməməlidir. Əks halda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki. barəmdə qəbul olunmuş qərar ləğv edilməklə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı şikayətə əlavə edilən hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis texnoloqu X6 ilə bağlanmış əmək müqaviləsinə N nömrəli hərbi hissənin komandiri vəzifəsini icra edən vəzifəli şəxs olaraq tərəfimdən qəbul olunmuş N sentyabr 2022-ci il tarixli, 224 nömrəli əmrdən görünür ki, E.A.Qurbanovla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən N sentyabr 2022-ci il tarixdən xitam verilmişdir. Sözügedən əmrlə Azərbaycan Respublikasının ƏM-nin 144-cü maddəsinin 2-ci bəndinin tələblərinə əsasən E.A.Qurbanovun istifadə etmədiyi əsas məzuniyyətinə görə pul əvəzi tutulmaqla ona son haqq-hesabın ödənilməsi də qərara alınmışdır. Qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən əmr və E.A.Qurbanovun əmək kitabçasının əsli xx.xx.2022-ci il tarixində ona təqdim edilərkən E.A.Qurbanov həmin əmri və ona aid əmək kitabçasının əslini almaqdan imtina etmiş, eləcədə həmin əmrin və əmək kitabçasının əslinin poçt vasitəsi ilə onun ünvanına göndərilməsinə də razılığın verməmişdir. Bununla əlaqədar olaraq E.A.Qurbanovun, eləcə də mənim və hərbi hissənin digər məsul əməkdaşlarının iştirakı ilə xx.xx.2022-ci il tarixində akt tərtib olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, E.A.Qurbanov onun barəsində verilmiş, yuxarıda sözügedən əmrin qanuniliyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində təsbit olunmuş 1 (bir) aylıq müddət keçdikdən sonra mübahisələndirmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqinə başlamışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, işçinin əmək müqaviləsinin əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam verilməsi Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində təsbit edilən inzibati xəta tərkibini yaradır. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də hazırkı şikayətə əlavə edilən sənədlərdən görünür ki, nəinki əməlimdə inzibati xəta tərkibi yoxdur, hətta E.A.Qurbanovla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun xitam verilməklə inzibati xəta hadisəsi belə törədilməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hətta inzibati xəta hadisəsi baş vermişdirsə belə, barəmdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməzdi. Hazırkı işin materiallarından, xüsusən də, barəsində tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat 3 (üç) aylıq müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə başlanmış, həmin protokol üzrə inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməyi barədə MN seriyalı, ******* nömrəli qərar isə 23 yanvar 2023-cü il tarixdə qəbul olunmuşdur. Şikayətə əlavə edilən vəsatətdən da görünür ki, tərəfindən hazırkı işə baxılarkən tərəfindən müddətin keçməsi əsası ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunsa da, inzibati xəta üzrə işin materiallarına baxan vəzifəli şəxs tərəfindən həmin vəsatətə əhəmiyyət belə verilməmişdir. Yuxarıda göstərilənləri, eləcə də Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, məhkəmədən, barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli. MN seriyalı, ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar”ın ləğv edilməsinə və barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin direktoru X4 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 01 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X8 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 01 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1nun əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli 224 saylı əmrindən çıxarışda qeyd edilmişdir ki, N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu X6, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “d” bəndinə (qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əsasən – N sentyabr 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından görünür ki, X6 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, hadisə, yəni X3 əmək müqaviləsinə xitam verilməsi N sentyabr 2022-ci il tarixində baş vermişdir. X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə 19 sentyabr 2022-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək 4 (dörd) aydan çox müddət keçmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 23 yanvar 2023-cü il tarixli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh verilmə müddəti ötürülməklə qəbul edilmişdir. Odur ki, hazırki qərar bir sıra hüquq pozuntuları ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 01 yanvar 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X8 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 01 yanvar 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X8 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar