Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-189/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli 00100-00157/** EP ***2787 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-/3-1-028021/2023 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən, idxalatçı "xxxx" MMC adına Türkiyə Respublikasından 77JE257/99ZX581 dövlət nömrə nişanlı yük avtomaşınında NİL**********247 saylı xx.xx.2023-cü il tarixli invoys üzrə daxil olan və **********8562 saylı GB ilə rəsmiləşdirilən yükə “İpək Yolu” gömrük postunun 6-cı anbarında gömrük yoxlaması keçirilən zaman, gömrük bəyannaməsinin 1-ci mal mövgeyində bəyan olunmuş Türkiyə Respublikası istehsalı olan “Antibakteriyal” pərdələr netto: 14 kg, brutto: 15 kg bəyan olunmuş malın brutto çəkisi 185,0 kg artığ olması aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan gömrük orqanına düzgün bəyan edilməyən eni 170 sm, uzunluğu 479 metr, netto çəkisi 195.0 brutto çəkisi 200.0 kg olan “Antibakteriyal” pərdələr yüklərinin giymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədgigatının aparılması zərurəti yarandığından 3-33-1100/2- 010009/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haggında gərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8182 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində inzibati xətanın bilavasitə obyekti olan eni 170 sm, uzunluğu 479 metr, netto çəkisi 195.0 brutto çəkisi 200.0 kg olan “Antibakteriyar pərdələr yükünün xx.xx.2023-cü il tarixə 1 m-nin orta bazar giyməti 2,00(iki) manat olmağla, 479,00 metrinin ümumilikdə giyməti 958,00(dogguz yüz əlli səkkiz) manat təşkil etdiyi qeyd olunmuşdur. Aparılan araşdırma zamanı **********8562 saylı xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi üzrə 9/8182 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ümumi gömrük dəyərinin müəyyən edilməsi, gömrük dəyərləri arasında fərgin olub-olmaması, olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinin azaldılmasına təsir edibetməməsi və təsir etdiyi təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhgigat İdarəsinin Təhgigat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1-036026/2023 saylı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olarag Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1- 033613/2023 saylı xx.xx.2023-cü il tarixli raportda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/8182 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Şəxs tərəfindən **********8562 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləğinin ümumilikdə 23.64(iyirmi üç manat altmış dörd gəpik) manat təşkil edəcəyi geyd olunmuşdur. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8182 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən**********4954 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində bəyan ediləndən artıq aşkar edilən Şəxs tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların ümumilikdə orta bazar giyməti 958,00(dogguz yüz əlli səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az migdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Odur ki, Şəxs (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati XƏta törədilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMCnin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, idxalatçı "xxxx" MMC adına Türkiyə Respublikasından 77JE257/99ZX581 dövlət nömrə nişanlı yük avtomaşınında NİL**********247 saylı xx.xx.2023-cü il tarixli invoys üzrə daxil olan və **********8562 saylı GB ilə rəsmiləşdirilən yükə “İpək Yolu” gömrük postunun 6-cı anbarında gömrük yoxlaması keçirilən zaman, gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan olunmuş Türkiyə Respublikası istehsalı olan “Antibakteriyal” pərdələr netto: 14 kq, brutto: 15 kq bəyan olunmuş malın brutto çəkisi 185,0 kq artıq olması aşkar edilmişdir. 2-ci mal mövqeyində bəyan olunmuş mal isə nəqliyyat vasitəsində yoxdur. Yuxarıda qeyd olunları nəzərə alaraq, məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-028021/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs MMC (VÖEN:**********) adına xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının “X3 X2.ve Tic.Ltd.Şti” şirkətindən 77JE257/99ZX581 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və **********8562 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş mallara gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********8562 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş “Antibakterial” pərdələr netto 14 kq, brutto 15 kq bəyan olunmuş malın brutto çəkisinin 185 kq artıq olduğu, 2-ci mal mövqeyində bəyan olunan malın isə nəqliyyat vasitəsində olmadığı müəyyən edilmişdir. Raportun öyrənilməsi zamanı hadisəni və onun faktiki törədilmə hallarını müəyyən etməyə imkan verən zəruri məlumatların natamam olması, müəyyən edilmişdir. Belə ki, gömrük yoxlamasına dair protokolda aşakr edilən düzgün bəyan olunmayan malın netto çəkisi,eni və uzunluğu barədə əhəmiyyətli hallar göstərilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq gömrük yoxlaması zamanı aşkar edilmiş düzgün bəyan olunmayan “Antibakterial” pərdələrin ekspertizasının aparılması məqsədilə nümunənin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə qısa müddət ərzində verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə və “İpək Yolu” gömrük postuna göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-029248/2023 nömrəli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, Şəxs MMC (VÖEN:**********) adına xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının “X3 X2.ve Tic.Ltd.Şti” şirkətindən 77JE257/99ZX581 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və **********8562 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş mallara tərtib edilmiş gömrük yoxlamasına dair protokola aşkar edilən düzgün bəyan olunmayan malın netto çəkisi,eni və uzunluğu barədə məlumatlar əlavə olunmuşdur. Eyni zamanda, gömrük yoxlaması zamanı aşkar edilmiş düzgün bəyan olunmayan “Antibakterial” pərdələrin ekspertizasının aparılması məqsədilə nümunə aidiyyəti üzrə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli “yoxlama haqqında” protokolundan görünür ki, yoxlama zamanı, 77JE257/99ZX581 saylı nəqliyyat vasitəsində daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********8562 saylı GB ilə rəsmiləşdirilən yükə gömrük yoxlaması keçirilən zaman, gömrük bəyannaməsinin 1-ci mal mövqeyində Türkiyə Respublikası istehsalı olan “Antibakteriyal” pərdələr netto: 14 kq, brutto: 15 kq bəyan olunmuş malın brutto cəkisi 185,0 kq artıq olması aşkar edilmişdir. 2-ci mal mövqeyində bəyan olunmuş mal isə nəqliyyat vasitəsində yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli “yoxlama haqqında” protokolundan görünür ki, Yoxlama zamanı, 77JE257799ZX581 saylı nəqliyyat vasitəsində daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********8562 saylı GB ilə rəsmiləşdirilən yükə gömrük yoxlaması keçirilən zaman, gömrük bəyannaməsinin 1-ci mal mövqeyində Türkiyə Respublikası istehsalı olan “Antibakteriyal” pərdələr netto: 14 kq brutto: 15 kq bəyan olunmuş malın eni 170 sm, uzunluğu 479 metr, netto çəkjşi 195 brutto çəkisi 200 kq olması aşkar edilmişdir. 2-ci mal mövqeyində bəyan olunmuş mal nəqliyyat vasitəsində yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8182 №-li 22 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş eni 1,70 metr (170 sm) olan astarlıq parçanın xx.xx.2022-ci il tarixə 1 m-nin orta bazar qiyməti təxminən 2 manat, 479 metrinümumilikdə qiyməti isə 958 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 287 (iki yüz səksən yeddi) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-189/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-189/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver