Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1890/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin sahə inspektoru X1 iştirakları ilə, xx xxxx 2001-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 19 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2001-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs 07 avqust 2024-cü il tarixdə saat 03:00 radələrində Səbail rayonu, 1-ci Y/M-də Natavani küçəsində narkotik vasitədən istifadədə şübhəli bilinmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8ci PB-nin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs, əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, toplanmış material üzrə Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilsin. İş materiallarənda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 3-16-16-2-7\1361 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 02(iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,13 qram; 0,10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,23 qramdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə uyğun olaraq, Şəxs əməlindən səmimi peşmançılığı isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmaqla o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi var. Qeyd olunan maddənin tələbini, inzibati işin hallarını, inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və əməlindən peşiman olmasını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Bu səbəbdən aparılmış ekspertiza tədqiqatın dəyəri 78 manat dövlət hesabına ödənilməlidir. Tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 78 manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəqsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1890/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1890/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver