Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1894/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi, protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolu Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Şəxs QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində dövlət qeydiyyat nömrə nişanı **-YD-***dan “Ford” markalı özüboşaldan yük avtomobil vasitəsilə neft məhsulları ilə çirklənmiş torpaq kütləsinin xəzər dənizinin sahil xəttinə boşaldılaraq qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi nəticəsində Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 05 iyun 2024-cü il tarixdə Şəxs QSC-nin ərazisində qanunla müəyyən olunmamış ərazilərdə qeyri qanuni olaraq tullantıların qalaqlanması və bastırılması aşkar edilmiş, həmçinin idarənin əməkdaşları tərəfindən həmin ərazidə şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs QSC-nin İXM-in 266.2 və 271-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokola etiraz edərək Şəxs QSC-nin tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən, habelə protokolda və işin materiallarında prosessual pozuntular olduğundan icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan əməli törətməsi sübuta yetirildiyindən həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş 05 iyun 20244-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin monitorinq aktından görünür ki, idarənin müvafiq sərəncamına əsasən Səbail rayonu xidməti ərazisində “Ətraf mühitin mühavizəsi haqqında” “Ekolojı təhlükəssizlik haqqında “ Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə, eyni zamanda ekologiya sahəsində mövcüd olan normativ aktların icrasına nazarət məqsədilə keçirilən monitorinqlər zamanı SƏBAİL RAYONU Bibiheybət qəsəbəsi ünvanında (39–cü yanalma körpüsünün yaxınlığı, Bibiheybet məscidinin arxası) Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində dövlət qeydiyyat nömrə nişanı **-YD-*** dan “FORD” markalı özüboşaldan nəqliyyat vasitəsi ilə neft məhsulları ilə çürülənmiş tullantı qarışıq torpaq kütləsinin dənizin sahil ərazisinə boşaldılaraq qalaqlanması, daha sonra dövlət qeydiyyat nömrə nişanı 1**-FY-*** dan traktor vasitəsilə həmin tullantıların dənizə doğru aparılaraq boşaldılması faktı aşkar edilmişdir. Aşkar olunmuş faktla əlaqadar özünü X4 QSC–nın Bibiheybət Gəmi Təmiri Zavodunun sözügedən ərazi üzrə iş icracısı kimi təqdim edən Zürəddin Xəlilov və onun Bibiheybət Gəmi Təmiri Zavodunun direktor müavini kimi təqdim edən Namiq Nurməmmədov ərazidə görülən işlərin COP29 ilə əlaqədar olduğunu bildirsədə tərəfimizdən tullantıların dəniz kənarına boşaldılaraq qalaqlanması bastırılması işlərinin “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa həmçinin “Ətraf mühitin mühavizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu olunaraq akt tərtib olunacağı bildirilmişdir. Hər iki nümayəndə tərtib olunacaq monitorinq aktının imza etməkdən imtina etdilər. Araşdırma müddətində ərazidən çəkilən fotoşəkillər, əldə olunan sənədlər, monitorinq aktına əlavə edilir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin nümunə aktından görünür ki, Bakə şəhəri Bibiheybət məscidinin arxa hissəsi Bibiheybət gəmi təmir zavodunun ərazisində monitorinq aparılarkən neftlə qarışıq torpaq aşkar edilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli nümunə aktından görünür ki, Bakı şəhəri, Bibi heybət qəsəbəsi Bibi heybət məscidinin arxa hissəsi Bibi heybət gəmi təmir zavodunun ərazisindən monitorinq aparılarkən neftlə qarışıq torpaq nümunəsi götürülmüşdür. İş materiallarına əlavə edilmiş 11 iyun 20244-cü il tarixli götürülmüş torpaq nümunələri üzərində aparılan kimyəvi analizlərin nəticələrindən görünür ki, neft karbohidrogenlərinin miqdarı 1235 (mq/kq), fon nümunəsi 22.1. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən müəyyən edilmişdir ki, Şəxs QSC-yə aid ərazidə Şəxs QSC-yə aid texnikalar vasitəsi ilə tullantılar(neft ilə qarışıq torpaq) tökülmüşdür. Məhkəmə iclasında iş materiallarına olan foto şəkillərə baxış keçirilən zaman Şəxs QSC-nin nümayəndəsi Nümayəndə1 foto şəkillərdə əks olunan xüsusi texnikaların Şəxs QSC-yə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənayə və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. «İstehsalat və məişət tullantıları haqqında» 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehsalat tullantıları-istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları- əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Tullantıların basdırılması-tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsidir. Tullantıların yerləşdirilmə obyekti-tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğudur (poliqondur, şlam-anbar və başqalarıdır). Həmin Qanunun 11- ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130, 266.2 və 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-cı və 271-ci maddələri ilə ilə təqsirli bilinsin və 10000 (on min) manat məbləğində cərimə edilsin. Qərar tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1894/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1894/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver