Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1895/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, “McDONALD"S AZƏRBAYCAN” QSC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən “McDONALD"S AZƏRBAYCAN” QSC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-02161/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Baki şəhəri, Səbail Rayonu, ünvan 1 ünvanına Gürcüstandan 99KV695/99ZD463 nömrəli nəqliyyat vasitələri ilə idxal edilmiş **********8814 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “MCDONALD"S AZƏRBAYCAN” QSC-nin ünvanına Gürcüstandan idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. “MCDONALD"xxxx" QSC-nin ünvanına Gürcüstandan idxal edilmiş malların daşındığı 99KV695/99ZD463 nömrəli nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə 09 may 2024-cü il tarixdə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********5667 sorğu nömrəli qısa idxal bəyannaməsi 10 may 2024-cü il tarixdə saat 15:28-də gömrük orqanına təqdim edilmişdir. “McDonalds Azərbaycan" QSC-də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalısan X1 izahatı alınmışdır. X4, izahatında “McDonalds Azərbaycan" QSC-nin ünvanına daxil olan Gürcüstan mənşəli 1 adda dondurulmuş kökəlləri daşımaq üçün plastik çoxdövriyyəli taralar yükü üçün qısa idxal və gömrük bəyannamələri QSC tərəfindən tərtib olunmuşdur. “McDonalds Azərbaycan" QSC-nin ünvanına 99KV695/99ZD463 nömrəli nəqliyyat vasitəsi ilə Gürcüstandan ölkə ərazisinə daxil olmuş Gürcüstan mənşəli 1 adda dondurulmuş kökəlləri daşımaq üçün plastik çoxdövrivvəli taralar yükü 15 may 2024-cü il tarixli **********8814 sorğu nömrəli gömrük bəyannaməsi ilə “İpək Yolu” gömrük postunda bəyan edilmişdir. 15 may 2024-cü il tarixli **********8814 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan 00044 nömrəli cmr 07 may 2024-cü il tarixli İBH-44-T nömrəli ınvoys sənədləri Gürcüstanda fəaliyyət göstərən “X2 LLC” Şirkəti tərəfindən “McDonalds Azərbaycan " QSC-nin elektron poçt adresinə göndərilmiş və həmin sənədlər əsasında 08 may 2024-cü il tarixli **********5667 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. Qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün nəzərdə tutulan 35.40 AZN dövlət rüsumu 08 may 2024-cü ıl tarixdə saat 17:07 radələrində ödəniş olunmuş və həmin tarixdə yəni xx.xx.2024-cü il tarixdə qısa idxal bəyannaməsini rəsmiləsdirilmə üçün göndərilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə sistemə təkrar baxış keçirən zaman 08 may 2024-cü il tarixli **********5667 sorğu nömrəli qısa idxal bəyannaməsinin təsdiqlənmədiyi görülmüşdür. Bəyannamələr “Asan İmza” vasitələri imzalanır. Yaranmış problemlə bağlı xx.xx.2024-cü il tarixdə 3-33-1100/1-010963/2024 nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinin rəsi Elmir Ramazanova müraciət olunaraq **********5667 sorğu nömrəli qısa idxal bəyannaməsi üçün barkod açılması və arxivləşdirilməsi xahiş olunmuşdur. Dövlət Gömrük Komitəsinin X5 İdarəsinə ünvanlanmış 3-33-1100/2-004803/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğu məktubuna xx.xx.2024-cü il tarixli 3-33- 1100/1-021122/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin elektron sistemlərində 8 may 2024-cü il tarixində heç bir nasazlıq qeydə alınmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 113.2-ci maddəsində qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə gısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qərarının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edildiyi qeyd edilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə, “McDONALD"S AZƏRBAYCAN” QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “McDONALD"S AZƏRBAYCAN” QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və “McDONALD"S AZƏRBAYCAN” QSC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və “McDONALD"S AZƏRBAYCAN” QSC -nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “McDONALD"S AZƏRBAYCAN” QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsindəqısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “İpək Yolu” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə yük avtomaşınında daxil olmuş malların gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməməsi ilə “McDONALD"S AZƏRBAYCAN” QSC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, “McDONALD"S AZƏRBAYCAN” QSC -nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi var və onun 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “McDONALD"S AZƏRBAYCAN” QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1895/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1895/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver