Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1899/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru Eldar Hüseynlinin, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Səbail rayonu, 4-cü Səlyan döngəsi 2 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru Eldar Hüseynli tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1605/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1605/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2-(009)-1605/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat cəmi 386 manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəlldlü X4 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə aidiyyət orqanlarına sorğular göndərilmiş, lakin borclunun adına daşınar və daşınmaz əmlak həmçinin ona məxsus bank hesabları aşkar edilməmişdir. Borclu öz izahatında borclu olmamasını göstərmişdir. Hal-hazırda iş üzrə 1494 manat aliment borcu yaranmışdır. Göstərdiklərini nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru Eldar Hüseynli tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, borclu 2100 manat məbləğində ödəniş etdiyini bildirərək, yalnız 50 manatla bağlı alimenti 5 ay müddətinə 250 manat olmaqla ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, hakim Rəna Qafarovanın nikahın pozulması ilə bağlı işə baxarkən o bildirmişdir ki, Günay Rzayevaya 2100 manat ödəniş etmişdir, pulu nağd qaydad Günaya vermişdir, ödənilməyən 250 manatı da ödəmişdir. Günayın vəkili məhkəmə iclasında həqiqətən dekabr ayına qədər aliment ödənilməsini təsdiq etmişdir. Onun alimentlə bağlı borcu yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Səbail rayon Məhkəməsinin qətnaməsi ilə Şəxslə uşaqların saxlanılması üçün aliment tutulmuş, lakin hazırki vaxtadək aliment ödənilməmişdir. Nümayəndəsi olan şəxs Rauf Abdullayevlə müqaviləni pozmuşdur. Onun hüquqlarını düzgün müdafiə etməmişdir. O, ödənilməyən alimenti tələb edir. Şəxs borcu olduğuna görə onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə araşdırması zamanı və 2(009)-1605/2022 saylı mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, borclu 2022-ci ilin dekabr ayına qədər aliment öhdəliyini icra etmiş, bu hal nikahın pozulması və alimentlə bağlı mülki işə baxarkən Günay Rzayevanın nümayəndəsi və vəkili tərəfindən də etiraf edilmişdir. Məhkəmə iclasında borclu tərəfindən ödənilməmiş 250 manat pulun ödənilməsi də müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Odur ki, borclunun əməlində məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi təzahür edən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1899/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1899/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver