Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1899/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakları ilə, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarlarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən çıxarılmış 31 iyul 2024-cü il tarixli TP ******* saylı qərarın ləgv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024 cü il tarixində təxminən saat 00:10 radələrində **-YP-*** YPX tərəfindən etibarnamə ilə idarə etdiyi **-HO-*** dövlət nömrə nişanlı HONDA PİLOT markalı avtomobili Bakı, Niyazi küçəsində (Azneft dairəsi) saxlanılaraojşıqlarınm LED işıqlar olmasını bildirərək, bu səbəb ilə istismara yararsız oluğunu bildirərək avtomobili duracağa yerləşdirməyi üçün qanunsuz tələb etdilər. İdarə etdiyi avtomobilin işıqlarının led olmamasına baxmayaraq, avtomobildə iki azyaşlı uşağının olmasını və vaxtın da çox gec olmasını nəzərə alaraq mübahisə yaranmaması üçün əgər işıqların led olmasını düşünürsünüzsə yerində aradan qaldıracağını, ustanın yolda olmasını qısa zamanda çataraq işıqları dəyişəcəyini bildirsədə polis əməkdaşları buna məhəl qoymadan qanunsuz tələblərini davam etdirərək maşını duracağa aparacaqlarını medaxilə edəcəyi təqdirdə PPX çağıracaqlarını bildirdilər. Polis əməkdaşlarının evakuator gözlədikləri müddətdə o işıqları dəyişdirib yoluna davam edə bilərdi. Dəfələr ilə imkan vermələrini işıqları dəyişəcəyini bildirsədə avtomobili təkidlə aparacaqlarını bildirdilər o da avtomobili açarları ilə birlikdə onlara verib getdi. Həmin gün səhər avtomoibili duracaqdan götürmək üçün getdikdə protokolun hələ tərtib olunmadığı üçün protokolu ona verməkdən imtina etdilər. Dəfələrlə araşdırma aparılmasını xahiş etsə də heç bir araşdırma aparılmadan barəsində əsassız və qanunsuz inzibati protokol tərtib olunmuş və 150 manat cərimə olunmağı barədə qərar qəbul olunmuşdur. İşin halları ilə bağlı bəzi sübutların məhv olması eləcədə qanunsuz halların aradan qaldırılması ehtimalını nəzərə alaraq bəzi halları məhkəmədə deyəcək. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, barəsində yazılmış inzibati protokol və onun əsasında qəbul olunmuş qərar tam əsassız və qanunsuzdur. Belə ki, onun əməlində inzibati xətanın heç bir maddəsinin tərkibi olmayıb. O heç bir inzibati xəta törətməyib və bunu sübut edəcək heç bir hal yoxdur. Həmin inzibati xətanı törətməməyi ilə bağlı təsirsizliyini sübut edəcək bütün sənədləri ərizəsinə əlavə edir bu onun borcu olmasa belə Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP-nin İXP6421274 saylı inzibati protokol əsasıda qəbul olunmuş TP ******* saylı, 31 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalı, qərar ləğv edilərək iş baxılması üçün yenidən Bakı şəhər DYPİ-nə göndərilməlidir. İş materiallarına əlavə edilmiş 31 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 1 ünvanında Honda Pilot minik markal 99HO038 d.q.n avtomobili idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmuşdur və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddədə nəzərdə tutulmuş 150 ( yüz əlli) manat cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X4 barəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə dair nəqliyyat vasitənin texniki müəyinə aktı və ya rəy mövcud olmadığından, bununla da nəqliyyat vasitəsində avadanlığın quraşdırmaqla və ya dəyişdirməklə hansı normativ tələblərin pozulması müəyyən edilmədiyindən səlahiyyətli orqan tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadıqda inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə tərəfindən qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİnin tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər DYPİ-nin 31 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 31 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1899/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1899/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver