Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-190/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 21 yanvar 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2937/2018 saylı, 23.04.2018-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 1662 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (qar, su və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması cavabdeh Şəxs həvalə edilməlidir. İcra sənədi 30.10.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədində qeyd olunan 1662 manat borc pul vəsaiti borclunun pensiyasından tutularaq tələbkar X1 hesabına ödənilmişdir. Lakin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (qar, su və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması cavabdeh Şəxs həvalə edilməsi hissəsi dəfələrlə xəbardarlıq olunmasına baxmayaraq borclu tərəfindən icra edilməmişdir. Borclu izahatında həmin işlərin görülməsi üçün tikinti şirkəti ilə müqavilə bağladığını, lakin həmin şirkətin onu aldatdığını, razılaşmaya uyğun olaraq qeyd olunan işləri görmədiyini bildirmişdir. Borcluya dəfələrlə izah olunmuşdur ki, bu səbəb onu icra sənədini tam olaraq icra etməsindən azad etmir. Lakin bütün bunlara baxmayaraq icra sənədində sözügedən tədbirlər borclu tərəfindən görülməmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və bildirir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (qar, su və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin görülməsi barədə tikinti şirkəti ilə müqavilə bağlamış, lakin həmin şirkət onu aldatmış, razılaşmaya uyğun olaraq qeyd olunan işləri görməmişdir. O, icra sənədini üzürlü səbəblərdən icra etmir, qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2937/2018 saylı, 23.04.2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 1662 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməli, həmçinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (qar, su və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması cavabdeh Şəxs həvalə edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2937/2018 saylı, 23.04.2018-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 1662 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməli, həmçinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (qar, su və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması cavabdeh Şəxs həvalə edilməlidir. İcra sənədi 30.10.2018-ci tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, verdiyi izahatında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (qar, su və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin görülməsi barədə tikinti şirkəti ilə müqavilə bağladığını, lakin həmin şirkətin onu aldatdığını, razılaşmaya uyğun olaraq qeyd olunan işləri görmədiyini qeyd etmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam şəkildə təmin etməməsi və icranın tam təmin edilməməsinə rəsmi olaraq heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin altmış beş yaşının tamam olmasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-190/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-190/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver