Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1901/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Bakı şəhər Səbail rayon DYPŞ-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, gecə saat 12 radələrində Bakı şəhər Səbail rayon DYPŞ-nin əməkdaşı idarə etdiyi VAZ 21214 MİNİK markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq sənədlərini tələb etmiş, sənədlərinin üzərində olmadığını dedikdə avtomobilin şüşə siləcəyinin yerində olmadığını bildirərək protokol tərtib olunacağını və avtomobili duracağa getməli olduğunu bildirdi. Etiraz edərək onun hərəkətinin qanunsuz olduğunu bildirdiyindən polis naryadı çağırıb onu 39-cu PB-yə aparmışlar. Orada onun içkili olub-olmadığını yoxlamaq üçün Maştağada yerləşən narkoloji dispanserə apardılar. Analiz götürüb nəticədə narkotik maddə olduğunu aşkarladılar. Onu 39-cu PB-yə gətirib 17 noyabr 2022-ci il də günorta 16 radələrində he bir qərar və protokol vermədən azad etdilər. xx.xx.2022-ci il tarixdə Səbail Rayon DYPŞ-yə yaxınlaşıb onun barəsində tərtib olunmuş inzibati qərarın surətini almışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə könüllü olaraq narkoloji dispanserdə analiz vermiş və heç bir qanunsuz narkotik maddə aşkar olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verərək Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Səbail rayon DYPŞ-nin nümayəndəsi Nümayəndə2 şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar çıxarılmış X3 VAZ 21214 MİNİK markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmaqla idarə edilməsinə görə barəsində Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X3 qanuni və əsaslı olaraq inzibati məsuliyyətə cəlb edilməklə inzibati qaydada cərimə edilmişdir. Ona görə də X2 şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixində, saat 01:44-də Bakı şəhəri, X6 Döngə 7 (Maştağa), 21 ünvanında VAZ 21214 MİNİK markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarəetmək hüququ olan şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuş və nəticədə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1/6523 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 01:00-da tibbi müayinə olunarkən OPİ (tiryək qrupu) aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X3 xx.xx.2022-ci il tarixində, saat 01:44-də Bakı şəhəri, X6 Döngə 7 (Maştağa), 21 ünvanında VAZ 21214 MİNİK markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitədən istifadə etmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər Səbail rayon DYPŞnin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2022 tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1901/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1901/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver