Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1901/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1 nümayəndəsi X6 oğlunun, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri DYPİ-nin 18 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 18 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşən 6 saylı məktəbə doğru Funikulyorun və “Cinar” kafesinin qarşısında hər gün saat 7-30-dan 8-30-a qədər maşın sıxlığı səbəbindən tıxac yaranır. Bu tıxacla DYP əməkdaşlarının xüsusi köməyi və şifahi göstərişi ilə bəzən 5-10 metr məsafədə orta xətt ilə məktəbə doğru iki sırada hərəkət edərək YPX əməkdaşlarının nəzarətində məktəbin qarşısından keçib uşaqları məktəbə gətirirlər. xx.xx.2024-cü il tarixində orada olan TŞ (“Təhlükəsiz şəhər”) kamerasına düşmüş yol hərəkəti qaydası pozuntusu xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərarı ilə (İXM maddə 327.4) 150 manat cərimə göndəriblər. Bu qayda pozuntusunun foto və videosunu tələb etsəm də mənə heç bir foto və ya video təqdim edilmədi və elektron qaydada ona göndərilmədi. Bu da bir daha qərarın qərəzli olduğunu göstərir. Bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin rəhbərliyinə ərizə ilə müraciət etsə də bir nəticə olmadı. Bununla əlaqədar Xətai rayon Məhkəməsinə ərizə ilə müraciət etdi. Məsələyə məhkəmə tərəfindən baxıldı və xx.xx.2024-cü il tarixli iş №3(011)- 2103/2024 nömrəli qərarla iddia qismən təmin edildi. Buna baxmayaraq Bakı şəhər DYP idarəsindən bildirildi ki, qərara tam xitam verilmədiyi üçün onlar qərarı ləğv edə bilmirlər və Məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə onlar qərarı ləğv edəcəklər. Bunun üçün yenidən məhkəməyə müraciət etməyini bildirdilər. 18 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X3 inzibati xəta hadisəsi olmadığını bildirərək, 18 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsasız olduğundan ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi Nümayəndə2 X7 barəsində qəbul edilmiş 17 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materialarda olan 02 aprel 2024-cü il tarixli raportundan görünür ki, 02 aprel 2024cü il tarixdə 90EY155 dövlət qeydiyyat nişanlı avtomobil birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axının əksinə hərəkət etmişdir,onun saxlanılması mümükün olmamış və araşdırma aparılması xahiş edilmişdir. İş materialarda olan 02 aprel 2024-cü il tarixli qarardatdan görünür ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulması faktı aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə, X5 şikayət ərizəsini və iş materiallarını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 150 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-1-ci maddəsinə əsasən Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.2-ci maddəsinə əsasən həmin Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə -yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X5 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin tərəfindən X5 barəsində çıxarılmış 18 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Bakı şəhəri DYPİ-nin 18 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1901/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1901/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver