Məhkəmə qərarları › İş №3(009)-1903/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1903/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1903/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X1, Qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhər X6 İdarəsinin 27 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 27 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 aprel 2024-cü il tarixdə saat 11:30 radələrində özünü Hüseyin Məmmədov, vəzifəsini Bakı şəhəri X4 serjatı kimi təqdim edən, mobil nömrəsi 077 ***-**-** olan şəxs istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefona zəng edərək etibarnamə əsasında idarə etdiyi **-UL-*** Nissan Tiida markalı minik maşını ilə 15 aprel 2024-cü il tarixdə Səbail rayonu Şövkət Ələkbərova küçəsində qayda pozuntusuna yol verdiyini bildirmişdir. O, isə öz növbəsində pozuntu varsa cəzası olmalıdır deyərək protokolun, həmçinin foto şəkillərin qeydiyyatda olduğu ünvana göndərilməsini xahiş etsə də, elə həmin gün xx.xx.2024-cü il tarixdə saat 16:04-də "Asan Pay"-dan onun adına qeydiyyatda olan və istifadəsində olan mobil telefona Daxili İşlər Nazirliyi tərəfidən İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 manat cərimə olunsı ilə bağlı SMS daxil olmuşdur. Lakin “Asan Pay” və “E-Polis” internet informasiya resursunda yaradılmış elektron kabinetində həmin protokolun tərtib olunmasına əsas olan foto və video əlavə olunmamışdır. Odur ki, xx.xx.2024-cü il tarixdə yol verilmiş pozuntuya görə 12 (on iki) gündən sonra yəni xx.xx.2024-cü il tarixdə protokol tərtib edilməsinə hüquqi qiymət verilməsi, barəsində tərtib edilmiş inzibati xəta protokolunu və qayda pozuntusunu təsdiq edən sübutların qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına göndərilməsi üçün xx.xx.2024-cü il tarixdə DİN-nin elektron kabinetinə elektron müraciət ünvanlamışdır. Müraciəti 3-13/1-Ə-370xx/xx/2024 nömrə altında qeydiyyata alınmışdır. Lakin onun müraciəti üzrə rəsmi qaydada araşdırmaya dəvət olunmadan protokola əsasən xx.xx.2024-cü il tarixdə qərar qəbul olunmuş və onun müraciətinə xx.xx.2024-cü il tarixli Ə 37017 nömrəli məktubla heç bir əsaslandırma olmadan mahiyyətdən kənar cavab verilmiş, pozuntu ilə bağlı (foto-video), ünvanına araşdırmaya dəvət olunmağı ilə bağlı sübutlar təqdim edilməmişdir. Həmin məktub elektron poçt ünvanına xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Hətta "Asan Pay” və “E-Polis” internet informasiya resursunda yaradılmış elektron kabinetində həmin protokolun tərtib olunmasına əsas olan pozuntunun foto və videosu əlavə olunmadan çıxarılmış, “Asan Pay” internet informasiya resursunda qərarın sadəcə tarixi (əvvəl xx.xx.2024-cü il, hal-hazırda xx.xx.2024-cü il) qeyd olunub qərarın nömrəsi olan hissə isə boş qalıb, “E-Polis” internet informasiya resursunda yaradılmış elektron kabinetinmdə qərarın nömrəsi qeyd olunusa da hansı tarixdə çıxarılması və sistemə işlənilməsi barədə hər-hansı tarix qeydi yoxdur. Qaldı ki, həmin qərarı ona rəsmi qaydada təqdim edilməsinə bu nə əvvəlki məhkəməyə müraciət edtiyi müddətdə, nə də ki hazırki müraciətinədək təqdim olunmamışdır və bununla bağlı “Asan Pay” internet informasiya resursunda yaradılmış elektron kabinetində “poçtla göndərilmə tarixi” qrafasında da tarix yeri boş saxlanılmışdır. Bu da onu təsdiq edir ki, nə sözügedən protokol, nədə ki, həmin qərar ona rəsmi qaydada təqdim olunmamışdır. Əvvəlki müraciətinə baxılmış, şikayəti qismən təmin olunaraq inzibati tənbeh vermə barədə xx.xx.2024cü il tarixli qərarı ləğv olunmuş və inzibati iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsininin X6 İdarəsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı elektron kabinetinə xx.xx.2024-cü il tarixdə daxil olduğu tarixdən bu günədək Bakı şəhəri Baş Polis İdarəsininin X6 İdarəsindən ona qeyd olunan inzibati işə baxılması ilə bağlı rəsmi dəvət, telefon zəngi, habelə protokol, qərar, pozuntu törətməyini əks etdirən foto və video materiallar barədə qeydiyyatda olduğu və yaşadığı ünvana məktub göndərilməmiş, “Asan Pay” sistemi vasitəsi ilə ona cərimənin silinməsi və ya təkrar cərimənin yenilənmnəsi ilə bağlı adına qeydiyyatda olan mobil telefon nömrəsinə SMS məktub göndərilməmişdir. O, öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə qeyd olunan idarəyə gedərək məhkəmə qərarının icra vəziyyəti ilə maraqlandıqda ona məhkəmənin qərarının sistemə işlənildiyi və İXP ******* nömrəli protokol üzrə qərarın xx.xx.2024-cü il tarixdə işlənildiyi bildirilmişdir. Baxmayarq ki, “Asan Pay” və “E-Polis” internet informasiya resursunda yaradılmış elektron kabinetimdə həmin protokol üzrə qəbul olunmuş qərarın ləğv olunacağını izləsə də bunu görə bilmədiyinə, habelə qərarın tarixinin “Asan Pay”-ə xx.xx.2024-cü il tarixdə yenidən işlənilsə də nömrəsinin qeyd olunmaması, “E-Polis” internet informasiya resursunda yaradılmış elektron kabinetində isə qərarın nömrəsinin olduğu halda tarixinin qeyd olunmaması onda əməlli-başlıçaşqınlıq yaratmışdır. Ona görə də o, hansı qərardan və hansı müddətdən şikayətin verilməli olduğunu yuxarıda qeyd etdiyinin ziddiyyətli məqamlara görə dəqiləşdirə bilmədiyinə görə şikayət verilməsi üçün müəyyən olunmuş müddətin bərpa olunmasına (və ya müddətin buraxılmış hesab edilməməsinə) və qeyd etdiklərini nəzərə alaraq, qanunun aliliyi prinsipini rəhbər tutaraq qanunvericiliyin heç bir tələbini nəzərə almadan, təkrarən də pozuntunu etdirən foto və video yerləşdirilmədən barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun etibarsız hesab edilməsini və həmin protokol əsasında qəbul edilmiş “Asan Pay” ernet informasiya resursunda yaradılmış elektron kabinetində tarixi 27 iyul 2024-cü il kimi qeyd olunmuş, “E- Polis” internet informasiya resursunda yaradılmış elektron kabinetimdə isə nömrəsi “TP6644668” kimi qeyd olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 27 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 27 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarı ilə xx.xx.1983-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X3, ünvan 3 ünvanında nəqliyyat vasitəsini idarə edərəkən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim olunmuş videogörüntyə baxış keçirilərək müəyyən edilmişdir ki, X3 ünvan 3 ünvanında **-UL-*** Nissan Tiida markalı nəqliyyat vasitəsini idarə edərəkən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Odur ki, Bakı şəhər X6 İdarəsi tərəfindən haqlı olaraq X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 27 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 27 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar