Məhkəmə qərarları › İş №3(009)-1904/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1904/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1904/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi X2 iştirakları ilə, 02 avqust 2003-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 22 iyul 2025-ci il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 iyul 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək 40 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə və Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciəti əsasında Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 22 iyul 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı Şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi X3 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə bağlı tərəfimizdən hadisəni törədən şəxs Şəxs müəyyən olunduğunu, izahatının alındığını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında hadisənin xx.xx.2025-ci il tarixdə ona vacib pul lazım olduğu üçün zərərçəkmişdən geri qaytarmaq üzrə aldığını, pulun zərərçəkmişin kartına oturmadığından xəbərinin olmadığını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında tələbə olduğunu və tələbə xərclərini qarşılamaq üçün bulvar ərazisində köşklərin birində işlədiyini, axşam saatlarında işdə olarkən Şəxs ona yaxınlaşaraq təcili 30 manat pul lazım olduğunu bildirmiş, o üzərində 40 manat olduğunu bildirmiş, Şəxs da 40 manat verməyini təcili olaraq lazım olduğunu, pulu istənilən kart hesabına göndərəcəyini demişdir. O nağd olaraq 40 manat pul və “Leo banka” aid kart hesabını verdiyini, Şəxs mobil tətbiqdə 40 manatı yazaraq ona göstərdiyini, Şəxs birinci təsdiqi onun yanında vurduğunu, ikincini də vuracağını güman etdiyini bildirmişdir. Şəxs mobil telefonunun internetində problem olduğundan pulun onun kartına 2-3 dəqiqə içində köçəcəyini bildirmiş, O da razılaşdığını, lakin sonra pul onun kartına köçmədiyini anladığını, daha sonra DİN-nin 102 xidmətinə müraciət etdiyini, Şəxs ilə barışıq əldə etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 22 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona vurulmuş 40 (qırx) manat zərər Şəxs tərəfindən tam ödədiyindən onunla barışdığını, inzibati xəta haqqında işə xitam verilməsinin məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olan 10 iyul 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması” haqqında qərardada əsasən Zərərçəkmiş şəxs 40 manat maddi ziyan vurmuş naməlum şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş 03 iyul 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə) qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus 40 manat pulu ələ keçirmiş naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti PB-nin aidiyyəti əməkdaşına həvalə edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna göndərilmişdir. İş materiallarına əlavə olunmuş 21 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 21 iyul 2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs barışmış, vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar