Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1907/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon polis idarəsi tərəfindən tərtib olunmuş 24 aprel 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu Badamdar şossesində VOLKSWAGEN PASSAT MİNİK markalı ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o,özünə məxsus idarə etdiyi “Volsvagen Passat”markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Badamdar yolu ilə saatda 40-50 km sürətlə hərəkətdə olan zaman “Caspian Hospital”-a çatan zaman 20-30 metr qalmış yol kəsişməni keçdikdən sonra, piyada zolağına 3 metr qalmış, bir qız və bir oğlan yolu soldan sağa qaçaraq keçmişlər. Həmin şəxslər onun avtomobilin ön hissəsindən keçdikdən sonra o hərəkətinə davam etmiş və bu zaman avtomobilin ön sağ təkəri oğlanın sol ayağına dəymiş və sonuncu müvazinətini itirib yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb həmin şəxsi “Caspitan Hospitalı”-na aparmışdır. Orada onu müayinə etmişlər və özü polisə məlumat verərək polisin gəlməsini gözləmişdir. O,təhlükəni 2-3 metrdən hiss etmiş və əyləci basıb sürətini azaltmışdır. Dəymiş ziyan ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-yə vasitəsilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nın 263.1 maddəsinin tərkibi vardır. Lakin, araşdırma zamanı 24 mart 2023-cü il tarixdə zərərçəkimiş şəxs X1 Bakı şəhəri, Səbail RPİ-yə natoriat qaydada təsdiq edilmiş ərizə təqdim edərək, təqsirkar sürücü Şəxs tərəfindən ona dəymiş ziyan ödəndiyindən,ona qarşı heç bir iddiası, tələbi və şikayəti olmamasını, araşdırma zamanı nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, zərərçəkimiş şəxs X1 ehtiyatsızlıqdan baş vermiş yol nəqliyyat hadisəsinin təqsirkarı olmuş sürücü Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsaslar olduğundan, sürücü Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, onun «X3» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri,Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir. Göründüyü kimi, qanunçuluq, ədalətlilik və eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsiplərinə əsasən hazırki iş üzrə Şəxs zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad edildiyindən, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş material Bakı şəhəri Səbail Rayon polis idarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1,106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş material Bakı şəhəri Səbail Rayon polis idarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1907/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1907/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver