Məhkəmə qərarları › İş №3(009)-1908/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1908/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1908/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon polis idarəsi tərəfindən tərtib olunmuş 20 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 19 iyul 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində Şəxs idarə etdiyi «Honda- Accord» markalı **-ZX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o, özünə «Honda-Accord» markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşını alaraq idarə edir. 19 iyul 2023-cü il tarixdə təxminən saat 21 radələrində idarə etdiyi «Honda-Accord» markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı ünvana yəni ünvan 1 yolun sağ kənarında olan qaz turbasının yanından keçən zaman anidən az yaşlı piyada onun idarə etdiyi nəqliyyat vasitəsinin sağ tərəfinə keçməsini görüb əyləci basmış lakin buna baxmayaraq avtomaşının ön sağ təkəri ilə həmin piyadanın ayağından sürtmüşdür. Həmin vaxdı o, avtomaşını saxlayıb avtomaşından düşərək həmin piyadaya yaxınlaşıb köməklik göstərməyə başlamışdır və oradan TTYS-na məlumat verilmişdir. Az bir müddət keçmişdir ki, oraya TTYS-nın həkim briqadası gələrək piyadanı xəstəxanaya aparmışdırlar və hadisə yerinə Səbail RPİ-nin əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmağa başladılar. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirərək, yünqül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Qanuni nümayəndə bildirmişdir ki, 19 iyul 2023-cü il tarixdə təxminən saat 21 radələrində az yaşlı qızı Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısında yəni Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində digər qonşuların uşaqları ilə oynayan zaman həmin küçə ilə hərəkətdə olan «Honda-Accord» markalı **- ZX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarə etdiyi avtomaşının ön sağ təkəri ilə qızının ayağını sürtmüşdür.Baş vermiş olan hadisə ilə bağlı TTYS-na və AR.DİNnin 102 zəng xidmətinə məlumat verildi az bir müddət keçmişdir ki, oraya Səbail RPİ-nin əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmağa və TTYS-dan həkim briqadası gələrək qızımı xəstəxanaya aparmışdırlar. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞnin vasitəsilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 72 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi yardım üçün KTM-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində qeyd olunan xəsarətlər budçanaq və bud nahiyələrinin bərk əzilməsi küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/18649 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə ərizəsindən görünür ki, Şəxs qarşı heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Honda-Accord» markalı 90- ZX-791 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs ehtiyatsızlıqlığı və yol hərəkəti qaydalarını pozması nəticəsində piyada Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə qarşı heç bir şikayətinin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar