Məhkəmə qərarları › İş №3(009)-1912/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1912/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1912/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 noyabr 2022-ci il tarixli 00100-1980/22/1 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs BM-in adına Böyük Britaniyadan 34KA5373/34KA5374 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********2917 sorğu nömrəli 07.04,2022-ci il tarixli gömrük əvannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti basa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə 34/026/019484 nömrəli xx.xx.2022-ci il tarixli raport daxil olmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs BM-in etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, AZFEN” BM tərəfindən yuxarıda göstərilən bəyannamə üzrə müvəqqəti saxlanca götürülmüş üklərin Böyük Britaniyanın “Mammoet Offshore Services LTD” şirkəti ilə “AZFEN" BM arasında bağlanılmış AZF-ACE-SUB-051 saylı müqavilə üzrə “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmək üçün Azərbaycan Respublikasına gətirildiyini, belə ki, qeyd olunan mallar “azadolma” sertifikatı əsasında gətirildiyinə görə Dövlət Gömrük Komitəsinə malların siyahısının təqdim olunması, daha sonra siyahı təsdiq edildiyi təqdirdə qeyd olunan malların müvəqqəti idxal” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvəqqəti saxlanc xüsusi pömrük prosedurunda bəyan edildiyini, qeyd olunan malların Şəxs BM-in Bakı səhəri, Səbail ravonu, Bayıl qəsəbəsi, Cənub Körpüsü 3 ünvanında yerləşən anbarında olduğunu, mallar nüvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyinə görə gömrük nəzarəti altında olduğu üçün toxunulmaz şəraitdə saxlanıldığını, eyni zamanda qeyd edilən gömrük bəyannamələri izrə malların müvəqqəti saxlanc müddəti başa çatanadək qeyd olunan malların “müvəqqəti idxal” (üsusi gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin əqdim edildiyini, belə ki, Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən gömrük pəvannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunduğu üçün qeyd^olunan bəyannamələr üzrə ıüvəaaəti saxlanc müddəti basa çatanadək malların “müvəqqəti idxal” xüsusi gömrük :rosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına **********7114 sorğu nömrəli :8.08.2022ci il tarixli gömrük bəyannaməsi ilə “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda əsmiləsdirilməsi üçün bəyan olunduğunu bildirmişdir Araşdırma zamanı 34/026/019484 nömrəli xx.xx.2022-ci il tarixli raportda qeyd olunan bəvannamə üzrə müvəqqəti saxlanc qaydalarının pozulub-pozulmadığını müəyyən etməkdən ötrü gömrük Məcəlləsinin 152.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs BM-in etibarnamə ə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatında qeyd etdiyi bəyannaməyə baxış keçirilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Nəticədə, araşdırma üzrə Şəxs BM tərəfindən Bakı Bas Gömrük İdarəsində **********2917 sorğu lömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallara jair müvəqqəti saxlanc müddəti basa çatanadək gömrük orqanına malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün müvafiq bəyannamənin təqdim edilmədiyi, lakin **********7114 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti basa çatdıqdan sonra müvafiq pəvannamənin verildiyi müəyyən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli pömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş /üklərə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub Körpüsü 3 ünvanında tərəfimizdən oaxıs keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmiş, bu barədə fotoşəkillər əlavə olunmaqla akt tərtib edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi inzibati xəta tərkibi yaradır. Beləliklə, araşdırma zamanı Şəxs BM tərəfindən **********2917 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallar üzrə müvəqqəti saxlanc müddəti başa çatdıqdan sonra malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi üçün gömrük orqanına müvafiq bəyannamənin təqdim edildiyi, nəticədə müvəqqəti saxlanc qaydalarının pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs BM tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində protokol tərtib edilmiş Şəxsnə və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" BM tərəfindən **********2917 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsi başa çatdırılmamışdır. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********2917 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmiş, xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş, mallar xx.xx.2022-ci il tarixdə buraxılmışdır. xx.xx.2022-ci il tarixində yeni sorğu nömrəli gömrük bəyannaməsi ilə malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" BM tərəfindən **********2917 sorğu nömrəli GB ilə müvəqqəti saxlanca götürülmüş mallara Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Cənub Körpüsü 3 ünvanında baxış keçirilmiş, baxış zamanı sözügedən malların bütövlükdə və toxunulmaz şəraitdə saxlanıldığı müəyyən edilmişdir, bu barədə fotoşəkillər akta əlavə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən inzibati xəta hadisəsi yoxdur. Belə ki, "xxxx" BM malların 4 aylıq müvəqqəti saxlanc müddəti başa çatmamış gömrük orqanına yeni sorğu nömrəli gömrük bəyannamələri təqdim edərək malların “müvəqqəti idxal” xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsini bəyan etmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxsnə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (18 noyabr 2022-ci il tarixli 00100-1980/22/1 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar