Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1914/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Səməd Vurğun və Zərifə Əliyeva küçələrinin kəsişməsində YPX inspektoru X2 avtomobili saxlamışdır. İlk öncə ona vatomobillə qırmızı işıqdan, daha sonra sarı işıqdan keçdiyini demişdir. O isə yaşıl işıq yanıb sönən zaman keçdiyini, bunun isə qanuni olduğunu bildirmişdir. Bundan sonra sənədlərini YPX əməkdaşı istəmiş, o isə təqdim etmişdir. Sənədi aldıqdan sonra polis əməkdaşı avtomobilin duracağa yerləşdiriləcəyini bildirmiş, o isə sənədləri geri tələb etmişdir.Səbəb kimi isə avtomobilin dövlət qeydiyyat nişanının standartlara uyğun olmadığını göstərmişdir. Bundan sonra avtomobil duracağa qoyulmuş, Bakı şəhər BDYPİ-də 2-ci otağa yaxınlaşması bildirilmişdir. xx.xx.2022-ci il tarixdə onun barəsində hər hansı protokol tərtib edilməmişdir. Elektron sistemdə də protokol olmamışdır. xx.xx.2022-ci il tarixdə BDYPİ-yə yaxınlaşmışdır. Qapıda ona yaxınlaşmış işin qeyri-qanuni həlli yolunu bildirmişlər və o razılaşmamışdır. İkinci otağa daxil olmuşdur. Polis mayoru X4 onu xoş qarşılamış, protokol yazılmasının səbəbini soruşduqda polis serjantının məsuliyyətsizliyi olduğunu bildirmişdir. Avtomobilin duracağdan çıxarılması və nömrəsinin dəyişdirilməsini bildirərək akt təqdim etmişdir. Oranı tərk etdikdən sonra qərarsız protokolla bağlı ona bildirş gəlmişdir. Yəni, xx.xx.2022-ci il tarixdə ona bir gün öncəki hadisəyə görə protokol tərtib edilmişdir. Daha sonra isə həmin protokol əsasında qərar qəbul edilmişdir. Bu qərarla razı deyil. Ədalətsiz və qanunsuz qərar hesab edir. Ona yazılmış protokol İnzibati Xətalar Məcəlləsinin maddələrinə uyğun deyil. İXM 101-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xəta hadisəsinin aşkar edilməsindən dərhal sonra tərtib edilməlidir. Həmçinin İXM 101.2-ci maddədə göstərilən istisna hallar yoxdur. Qeyd olunanları nəzərə alaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək bildirmişdir ki, inspektor ona əvvəl işıqforun qırmızı ışığı, sonra isə sarı işıq yanarkən keçdiyini bildirərək sənədlərini tələb etmiş, sənədlərin qaydasında olduğunu aydınlaşdırdıqdan sonra isə avtomobilinin dövlət qeydiyyat nişanının standartlara uyğun olmaması səbəbindən onu saxladığını bildirmişdir. Xətanı etiraf edir, avtomobilin dövlət qeydiyyat nişanının üzrərindəki bayraq şəkili solğun olduğundan dövlət qeydiyyat nişanını dəyişdirmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz təqdim edərək izahatında göstərmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 Bakı Şəhər DYPİ-nin səlahiyyətli vəzifəli şəxsi Elçin Qasımov tərəfindən barəsində tərtib etdiyi TP ******* xx.xx.2022-ci il tarixli nömrəli qərarına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətində göstərdiyi aqumentlər tam əsassızdır. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 16 noyabr 2022ci il tarixdə saat 09:55 radələrində idarə etdiyi MERSEDES-BENZ 190 minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, S.Vurğun Z.Əliyeva küçələrinin kəsişməsində hərəkət edərkən Bakı Şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-n YPX inspektoru İlqar Hümmətov tərəfindən saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, avtomobilin dövlət qeydiyyat nişanı standartlara cavab vermir və YPX əməkdaşı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və avtomobili yolun hərəkət hissəsindən kənarlaşdıraraq cərimə meydançasına yerləşdirmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin XVİİ-ci hissəsinin 2)-ci bəndinə əsasən dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə- altmış manat məbləğində cərimə edilir. İşin faktiki hallarından göründüyü kimi X3 yol hərəkəti haqqında qanunun tələbini pozaraq inzibati xəta törətmişdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının müəyyən edib. Həmin dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilib və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minmişdir. Həmin standartların tələblərinə cavab verməyən nəqliyyat vasitələrinə təhkim edilmiş dövlət qeydiyyat nişanları nəqliyyat vasitələrini yolun hərəkət hissəsindən buraxılmırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyristandart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Beləliklə də yuxarıda şərh olunanlardan işin faktiki hallarından müəyyən olunur ki, X3 Bakı şəhəri DYPİ-nin səlahiyyətli vəzifəli şəxsi Elçin Qasımov tərəfindən barəsində tərtib etdiyi TP ******* xx.xx.2022-ci il tarixli nömrəli qərarına xitam verilməsi YHHQ-nm 27-ci maddəsinin XVlİ-ci hissəsinin 2-ci bəndinin tələbini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, X3 Bakı şəhəri DYPİ-nin səlahiyyətli vəzifəli şəxsi Elçin Qasımov tərəfindən barəsində tərtib etdiyi TP ******* xx.xx.2022-ci il tarixli nömrəli tənbehvermə haqqında qərar qanuni və əsaslıdır və onun ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Bakı şəhəri DYPİ-nin TP ******* xx.xx.2022-ci il tarixli nömrəli tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 19 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 09:55-də Səməd Vurğun və Zərifə Əliyeva küçələrinin kəsişməsində standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanı mövcud standartlara uyğun deyil. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2022-ci il tarixdə saat 09:55-də Səməd Vurğun və Zərifə Əliyeva küçələrinin kəsişməsində standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Yol hərəkəti haqqında qanunun 27-ci maddəsinin XVİİ bənd 2-ci hissəsinə əsasən dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında qanunun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutuluş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında qanunun 96.1.2-ci maddəsi nəqliyyat vasitəsinin və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasında kənarlaşdırılır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları, tipləri və əsas ölçüləri, texniki tələblər” dövlət standartına əsasən dövlət qeydiyyat nişanında 21x42 mm ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur. Qeyd edilən standartlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 xx.xx.2022-ci il tarixdə saat 09:55-də Səməd Vurğun və Zərifə Əliyeva küçələrinin kəsişməsində standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla, tərəflərin izahatları, fotoşəkil ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni və əsaslı olaraq inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən X3 qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti qaydalarına riayət etmək, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 16 noyabr 2022-ci il tarixdə, saat 09:55 radələrində Səməd Vurğun və Zərifə Əliyeva küçələrinin kəsişməsində standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 19 noyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1914/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1914/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver