Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1915/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 noyabr 2022-ci il tarixli, 00100-2147/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 22 noyabr 2022-ci il tarixli, 00100-2147/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 20AB227/20AB228 nömrəli yük nəqliyyat vasitəsində FSİACQ7947 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********0520 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş alüminiumdan kompazit panellər yüklərinə 10 oktyabr 2022-ci il tarixdə İpək Yolu gömrük postunda baxış keçirilərkən gömrük orqanına 1700 ədəd “uzunluğu 2440 mm, eni 1220 mm, qalınlığı 4.0 mm olmaqla ümumilikdə 5100 m2” kimi bəyan edilmiş alüminiumdan kompazit panellər yüklərinin faktiki olaraq 1600 ədəd, 4762 m2 olduğu və nəqliyyat vasitəsində əlavə olaraq 300 ədəd “uzunluğu 3200 mm, eni 1250 mm, qalınlığı 4.0 mm olmaqla ümumilikdə 1200 m2” alüminiumdan kompazit panellər yüklərinin olduğu aşkar edilmişdir Araşdırma zamanı Şəxs MMC tərəfindən **********0520 sorğu nömrəli xx.xx.2022- ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan olunandan az aşkar edilmiş 100 ədəd üzərində “LUMEl PEAK” markalanma göstəriciləri olan hər birinin uzunluğu 2440 mm, eni 1220 mm, qalınlığı 4.0 mm olan alüminiumdan kompazit panellər yüklərinin və əlavə olaraq aşkar edilmiş 300 ədəd üzərində “LUMEl PEAK” markalanma göstəriciləri olan hər birinin uzunluğu 3200 mm, eni 1250 mm, qalınlığı 4.0 mm olan alüminiumdan kompazit panellər yüklərinin hər birinin ayrı-ayrılıqda və ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından “əmtəəsünaslıq” ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/006- 22/007286 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/7417 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Şəxs MMC tərəfindən gömrük orqanına bəyan olunandan az aşkar edilmiş 100 ədəd üzərində “LUMEl PEAK” markalanma göstəriciləri olan hər birinin uzunluğu 2440 mm, eni 1220 mm, qalınlığı 4,0 mm olan alüminiumdan kompazit panellər yüklərinin ümumilikdə orta bazar qiymətinin 4500,00 manat olduğu və gömrük orqanına bəyan olunandan artıq aşkar edilmiş 300 ədəd üzərində “LUMEl PEAK” markalanma göstəriciləri olan hər birinin uzunluğu 3200 mm, eni 1250 mm, qalınlığı 4.0 mm olan alüminiumdan kompazit panellər yüklərinin ümumilikdə orta bazar qiymətinin isə 15000,00 manat olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC tərəfindən gömrük orqanına bəyan olunandan artıq aşkar edilmiş alüminiumdan kompazit panellər yüklərinin ümumilikdə orta bazar qiyməti ilə gömrük orqanına bəyan olunandan az aşkar edilmiş alüminiumdan kompazit panellər yüklərinin orta bazar qiyməti arasındakı fərqə münasibətdə MMC tərəfindən ümumilikdə dəyəri 10500,00 manat olan malların gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilməsi faktına görə “MİRBOND" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına İİR-dan 20AB227/20AB228 saylı nəqliyyat vasitəsində FSİAC07947 saylı xx.xx.2022 -ci il tarixli invoys üzrə daxil olmuş və **********0520 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirən zaman, GB-də Bina fasadlarının və qapılarının metal konstruksiyalarında daimi quraşdırılmaq üçün nəzərdə tutulmuş alüminiumdan kompazit panellər: uzunluğu 2440 mm, eni 1220 mm,qalınlığı 4.00 mm -1700 ədəd,5100 m2 bəyan edildiyi halda, faktiki avtomaşında uzunluğu 2440 mm, eni 1220 mm,qalınlığı 4.00 mm - 1600 ədəd ( 4762 m2) və uzunluğu 3200 mm, eni 1250 mm, eni 4.00 mm -300 ədəd (1200 m2) , cəmi 5962 m2, yəni 862 m2 artıq aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 15 noyabr 2022-ci il tarixli 9/7417 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş alüminiumdan kompazit panellərin xx.xx.2022-ci il tarixə orta bazar topdansatış qiyməti təxminən 19500,00 manat müəyyən edilir. - Üzərində “lumei Peak” markalanma göstəricisi olan hər birinin uzunluğu 3200mm, eni 1250mm, qalınlığı 4,0 mm alüminiumdan kompazit panellər – 300 ədəd -1 ədədinin qiyməti 50 manat- ümumi qiymət 15000 manat - Üzərində “lumei Peak” markalanma göstəricisi olan hər birinin uzunluğu 2440mm, eni 1220mm, qalınlığı 4,0 mm alüminiumdan kompazit panellər – 100 ədəd -1 ədədinin qiyməti 45 manat- ümumi qiymət 4500 manat Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı, 20AB227/20AB228 nömrə nişanlı avtomaşında daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********0520 saylı GB-də Bina fasadlarının və qapılarının metal konstruksiyalarında daimi quraşdırılmaq üçün nəzərdə tutulmuş alüminiumdan kompazit panellər: uzunluğu 2440 mm, eni 1220 mm,qalınlığı 4.00 mm - 1700 ədəd,5100 m2 bəyan edildiyi həMa, faktiki avtomaşında uzunluğu 2440 mm, eni 1220 mm, qalınlığı 4.00 mm -1600 ədəd (4762 m2) və uzunluğu 3200 mm, eni 1250 mm, eni 4.00 mm-300 ədəd (1200 m2) , cəmi 5962 m2, yəni 862 m2 artıq yük aşkar edilmişdir, yer sayı isə uyğunluq təşkil etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin 10500,00 (on beş min beş yüz) manat məbləğinin 30 (otuz ) faizi məbləğində, yəni 3150,00 (üç min yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1915/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1915/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver