Məhkəmə qərarları › İş №3(009)-1915/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1915/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1915/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli 00100-02258/** EP ***0845 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1- 018951/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, həmin raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********43775 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyi, lakin MMC tərəfindən bu yüklərin sərbəst dövriyyəyə buraxılış üçün heç bir tədbir görülmədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, xx.xx.2023-cü il il tarixli **********43775 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********43775 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin hal-hazırda MMC-nin saxlanc anbarında olub-olmadığı malların istifadə vəziyyəti, verinin dəyisdirilib-dəyisdirilmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıb-saxlanılmadığının müəyyən olunması məqsədilə Hədfləmə və koordinasiya şöbəsinə, “İpək yolu” gömrük postuna 3- 33-/3-1- 020007/2023 saylı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olarag Təhqiqat şöbəsinə daxil olmuş protokoldan məlum olmuşdur ki, xx.xx.2023cü il tarixli **********43775 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Şəxs MMC saxlanc anbarında gömrük nəzarətində saxlanıldığı gevd edilmişdir və bu barədə xx.xx.2023-cü il tarixdə Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat müvəkkilləri Anar Məmmədov və Üzeyir İbrahimov tərəfindən protokol tərtib olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “Azərterminalkompleks” Birliyinin Analitik şöbəsinin Bakı Baş Gömrük İdarəsinə təhkim olunmuş inspektoru tərəfindən tərtib edilmiş raportdan görünür ki, "X3 Klubu" MMC tərəfindən **********3775 sorğu nömrəli GB-lər ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023cü il tarixində bitmişdir. Lakin şirkət tərəfindən bu yüklərin sərbəst dövriyyəyə buraxılışı üçün heç bir tədbir görülməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********9547 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmək üçün göndərilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsindən və Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********3775 sorğu nömrəli Gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixdə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Saxlancda olan mallara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə Bakı Baş Gömrük İdarəsinin Analitik şöbəsindən daxil olmuş “Qol X2” MMC barəsində 3-33-/3-1-018951/2023 nömrəli raport üzrə materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, “X3 Klubul” MMC tərəfindən **********3775 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. Lakin şirkət tərəfindən bu yüklərin sərbəst dövriyyəyə buraxılışı üçün heç bir tədbir görülməmişdir. Yuxarıda qeyd olunanları və Dövlət Gömrük Komitəsinin 1000/199 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamını nəzərə alaraq Şəxs MMC tərəfindən **********3775 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş invoys sənədində göstərilən Bioloji fəallığa malik olan qida əlavələrinə-100% EAAs Zero-500q Dose-Green Apple, 100% Whey Protein- 2350q Box-Milk Chocolate, AminoCtaft Liquid-1 OOml Bottle-Cherry, AminoCtaft Liquid- 100ml Bottle-Orange və Arqinin kimi bioloji fəallığa malik olan qida əlavələrinə “ Qol X2" MMC-nin saxlanc anbarında 28 avqus 2023-cü il tarixdə baxış keçirildi. Baxış zamanı malların yerində olunduğu müəyyən edildi. Baxış zamanı çəkilmiş videoçəkiliş aparıldı və Akta əlavə olundu. İş materiallarına əlavə edilmiş Azərbaycan qol Güləşi Federasiyasının məktubundan görünür ki, **********3775 nömrəli bəyannamə əsasında müvəqqəti saxlanca verilən qida əlavələrinin saxlama müddəti qanunvericiliyə uyğun olaraq 3 (üç) aydır. Qida Təhlükəsizliyindən mallara alınan 32 sənəddən 26-sı hazırdır və qalan 6 adda malın sənədini saxlama müddətinin bitməsindən daha əvvəl alıb təqdim edəcəklər. İş materiallarına əlavə edilmiş Azərbaycan qol Güləşi Federasiyasının məktubundan görünür ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-yə qarşı qaldırılmış “saxlanc qaydalarının pozulmasına dair” məhkəmə iddiası tamamilə əsassızdır və Gömrük İdarəsinin bəzi yeni təyin olunmuş, təcrübəsiz əməkdaşlarının yol verdikləri texniki səhv nəticəsində yaranmışdır. Tərəflərindən heç bir qayda pozulmamışdır, idxal olunan malların saxlanca qoyulması tərtib olunmuş bəyannaməyə (N **********3775) əsasən, gömrük orqanı əməkdaşlarının bilavasitə iştirakı ilə, bütün prosedur qaydalar gözlənilməklə həyata keçirilmiş, saxlanc gömrük əməkdaşlan tərəfindən möhürlənmiş və bütün sənədləşmə sona çatdıqdan sonra yenə də həmin əməkdaşlar tərəfindən açılmışdır. Bundan başqa ölkə qanunlarına əsasən saxlanc müddəti üç ay olmasına baxmayaraq, ona Bakı Baş Gömrük İdarəsindən sənədləşmə işlərini tamamlamaq üçün 10 gün vaxt ayırdılar. Hansı ki, bu müddət ərzində həmin sənədləri almaq fiziki olaraq mümkün deyil. 10 günlük müddət bitdikdən sonra o, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmar Ramazanova rəsmi məktubla müraciət etdi (N 244, 21 iyul 2023) və bildirdi ki, qida əlavələrinin müvəqqəti saxlancda qalma müddəti qanunvericiliyə uyğun 3 aydır və o, bu müddətdən də tez sənədləri hazır edəcəkdir. Lakin onun bütün sənədləri həqiqətən də vaxtından əvvəl təqdim etməyinə baxmayaraq, Bakı Baş Gömrük İdarəsi əsassız olaraq 3102 (üç min yüz iki) manat 55 qəpik məbləğində dəbbə pulu ilə cərimələdi. O, həmin cəriməni də ödədi. İndi də texniki səhv nəticəsində müəssisəyə qarşı iddia qaldırılıb və bu hal Gömrük İdarəsinin əməkdaşları ilə danışıqlarında da öz təsdiqini tapıb. Şəxs MMC-nin direktoru olaraq, iddia ilə qətiyyən razılaşmır və bununla bağlı hər hansı cərimənin ödənilməsindən imtina edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (01 sentyabr 2023-cü il tarixli 00100-02258/** EP ***0845). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar