Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1917/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1997-ci ildə Ağsu rayonu, Mustafalı kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, himayəsində xx.xx.2016-cı il təvəllüdlü Əsma adlı azyaşlı uşağı olan, Ağsu rayonu, Mustafalı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN ******* və ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində vətəndaş X2 məxsus “Ford Transit” markalı **-AD-*** dövlət nömrə nişanlı avtomobildən “X7 10 Lite” markalı dəyəri 350 manat olan mobil telefon oğurlamış, həmçinin xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən X1 məxsus qiyməti 90 manat olan bir ədəd “Samsung A03” markalı mobil telefonu oğurlamışdır. Şəxs barəsində AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilən MN ******* və ******* saylı xx.xx.2022-ci il tarixli tarixli inzibati xəta haqqında protokollar və materiallarla müəyyən edildi ki, məhkəməyə daxil olmuş işlər üzrə eyni şəxs tərəfindən 2 şəxsə - zərərçəkənlərə qarşı oğurluq hadisəsi törətmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-1918/2022 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 3(009)-1917/22 və 3(009)- 1918/22 saylı inzibati xətalar dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)- 1917/2022 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması, iş başqa işə birləşdirildiyindən 3(009)-1918/2022 saylı inzibti xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmişdir. Şəxs həmçinin maddi imkanı olmadığına görə ziyanı ödəmədiyini göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə zərərçəkmiş şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X3 öz ifadəsində göstərmişdir ki, Şəxs zərərçəkənlərə vurduğu ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxslər Bakı şəhərində olmadıqlarına görə məhkəmə iclasında iştirak edə bilməmişlər. İş üzrə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı Samir Seyid tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş S.İlyasova məxsus əmlakı oğurlamış şəxs müəyyən edildikdə onun AR İXM-nın 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi üçün qəbul edilmiş qərar təhqiqat orqanına göndərilmişdir. İş üzrə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı F.Tarveridiyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən vətəndaş R.Əhmədov şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona qarşı oğurluq əməli törədən vətəndaş Şəxs barəsində AR İXM-nın 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi üçün qəbul edilmiş qərar təhqiqat orqanına göndərilmişdir. İş üzrə Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru N.Cahangirov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tutma haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini, zərərçəkmiş şəxslərin onunla barışmamasını, ziyanın ödənilməməsini, öhdəsində 6 yaşlı azyaşlı uşağın olmasını nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şəxs bir gün inzibati qaydada tutulması nəzərə alınaraq cəzası yüngülləşdirilməli barəsində tətbiq ediləcək 160 saat ictimai işlərin 8 saatından azad edilməklə ona cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 160 (yüz altımış) saat ictimai işlər növünüdə tənbeh tədbiri tətbiq edilsin. Şəxs bir gün inzibati qaydada tutulması nəzərə alınaraq barəsində tətbiq edilmiş 160 (yüz altımış) saat ictimai işlərin 8 (səkkiz) saatından azad edilsin və üzərində 152 (yüz əlli iki) saat ictimai işlər saxlanılsın. Şəxs üzərinə işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1917/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1917/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver