Məhkəmə qərarları › İş №3(009)-1917/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1917/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1917/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Şəhər Səbail rayon DYPŞ tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş 21 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 10 iyul 2024-cü il tarixli, 3(009)-1498/2024 saylı Bakı Şəhər Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Şəxs MMC barəsində 21 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol məhkəmədə baxılmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Odur ki, yuxarıda qeyd olunan inzibati material üzrə yekun məhkəmə qərarı mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş 21 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material üzrə məhkəmə yekun qərarı mövcud olduğundan 21 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Səbail rayon DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tərtib 21 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı Şəhər Səbail rayon DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar