Məhkəmə qərarları › İş №3(009)-1919/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1919/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1919/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu Yenikənd kəndinin çöl sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi X5 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati protokol və MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən (Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə) 1000 (min) AZN məbləğində cərimə olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişi qanunvericiliyin normalarına riayət etməmiş, məsələnin hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmayaraq barəsində əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi tərəfindən tərtib olunan protokola baxdıqda onun məsuliyyətə cəlb olunmağının səbəbi kimi lazımı icazə almayaraq ov etməyi göstərilir. Müəyyən olunmuş sübütlar kimi 75559 saylı akt, izahat və fotoşəkillər göstərilib. O, xx.xx.2022-ci il tarixdə Salyan rayonuna qonaq kimi tanışı Emin adlı şəxsin dəvəti ilə gəlmiş (özü Bakı şəhərində qalır və işləyir). Tanışı Eminin xahişi ilə də onun yanında olmuşdur, bu zaman heç bir halda qanunsuz ov etməmişdir. Bunu həmin tanışının özü də təsdiqləyə bilər. Onların ov etməyinə sübüt kimi dovşanın vurulması göstərilir ki, həmin dovşanı Emin özü vurmuşdur. Məsuliyyətə cəlb olunmağına etiraz olaraq tərtib olunmuş aktda və izahatda da bunları qeyd etmişdir. Barəsində yazılan cəriməyə etiraz olaraq tərtib olunmuş protokolu imzalamaqdan imtina etmişdir. Belə ki, Emin adlı tanışı dovşanı vurmasını etiraf etməsinə baxmayaraq 3 saylı RETSİ-nin müfəttişi qanunsuz və əsassız olaraq onu da inzibati xəta məsuliyyətinə cəlb edibdir. Hal-hazırda da etirazını qeyd etdiyi aktı və izahatı sübüt kimi təqdim edirlər. Halbuki o sübutlar onun məsuliyyətə cəlb olunmağına səbəb kimi göstərilə bilməz. Əksinə hətta onun təqsirsizliyi və qəbul olunan inzibati tənbeh vermə barəsində qərarın ləğv olunması üçün əsasdır. Protokolda qeyd olunan “Ata arms” tüfənginin qanuni şəkildə sahibidir və öz-özlüyündə həmin silahın qanunla qadağan olunmayan ərazidə (Salyan rayonu, Yenikənd kəndində) üzərində olması onun inzibati xəta haqqında məsuliyyətə cəlb olunmağı üçün əsas deyil. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun deyil. Qərar qəbul olunarkən işin faktiki hallarının hərtərəfli, tam və obyektiv baxılmasına imkan verən kifayət qədər sübutlar toplanılmamışdır. İnzibati tənbehvermə barəsində qərar yalnız yanında olan (Emin) adlı şəxs barəsində tərtib olunmalı idi. Özünün də etiraf etdiyi kimi qanunsuz ovu ancaq özü etmişdir. 3 saylı RETSİ-nin müfəttişi həmin şəxsin dediklərini nəzərə almadan onu da qanunsuz olaraq cərimə etmişdir. Odur ki, Ekologiya və təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinə uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştiakçılarını dinləyib, iş materiallarınə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Salyan rayonu Yenikənd kəndinin çöl sahəsində özünə məxsus “Ata arms” markalı ov tüfəngi vasitəsilə lazımi icazə olmadan ov etmə faktı aşkar edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulan inzbati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Salyan rayonu Yenikənd kəndinin çöl sahəsində özünə məxsus “Ata arms” markalı ov tüfəngi vasitəsilə lazımi icazə olmadan ov etdiyinə görə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli 75559 saylı aktdan görünür ki, 11 oktyabr 2022-ci il tarixdə Salyan rayonu Yenikənd kəndinin çöl sahəsinin yaxınlığında keçirilən nəzarət tədbirləri zamanı atəş səsi gəldiyindən binokul vasitəsilə ətrafı müahidə edərkən iki nəfər şəxsin ov iti ilə ərazidə ov etdiyi müəyyən edilmişdir. Onlara yaxınlaşaraq araşdırma apardıqda müəyyən olunmuşdur ki, həmin şəxslər tərəfindən 1 baş dovşan ovlanmışdır. Sənədlərə baxış zamanı müəyyən olundu ki, ov edən şəxslərin Salyan rayon sakini X13 və Bakı şəhər sakini X6rlar. Onlar izahat verərək bildirmişdirlər ki, Salyan rayonu Yenikənd ərazisinə ov etmək məqsədilə gəlmişlər, 1 baş dovşan ovlamışlar, ov silahları onlara məxsusdur, ov silahlarının sənədləri var, lakin ov etməyə icazə almamışlar. Tərəflərin izahatları alındıqdan sonra əraziyə ov etmək məqsədilə gəldikləri ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, inzibati xətanın baş verdiyi yerdə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmet olduğu üçün 12 çaplı Ata arms markalı, 12/D-5013 nömrəli ov silahı, 21 ədəd 12 çaplı patron və patrondaş, ov silahına icazə sənədişəhadətnamə götürülmüşdür. Əşyaların və sənədlərin götürülməsi zamanı foto və video yazıdan istifadə olunmuş və fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə 2 nəfər əlində ov silahı olan şəxsin və ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yanında yerdə ölmüş vəziyyətdə 1 ədəd dovşanın olduğu görünür. İş materiallarında olan X3 11 oktyabr 2022-ci il tarixli izahatından görünür ki, Salyan rayonu Yenikənd ərazisinə ov etmək məqsədilə gəlmişlər, ov edərkən onunla birlikdə ova gedən şəxs 1 dovşan ovlamışdır. İş materiallarında olan X9 11 oktyabr 2022-ci il tarixli izahatından görünür ki, Salyan rayonu Yenikənd ərazisində dostu X7 ilə ov edirdi. Bu zaman 1 baş dovşan ovlamışdır. Ovu birlikdə edirdilər. Onun tüfəngi Toz-34 12 çaplıdır. Ov edərkən onlar ekologiyanın işçiləri saxlamışdır. İş materiallarında olan Şirvan şəhər Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ov etmə hallarının qarşısını almaq məqsədi ilə reyd keçirərkən Salyan rayonu Yenikənd kəndi ərazisində Salyan rayon sakini X13 və Bakı şəhər sakini X3 qanunsuz ov etdiyi aşkar edilmiş və onlardan 12 çaplı Toz-34 P markalı, ******* nömrəli qoşa lüləli ov tüfəngi, 12 çaplı Ata arms markalı, 12/D-5013 nömrəli ov silahı, 2 ədəd patrondaş, 29 ədəd 12 çaplı patron götürülmüşdür. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq E.Nəsirov və Q.Xəlilovdan götürülmüş 12 çaplı Toz-34 P markalı, ******* nömrəli qoşa lüləli ov tüfəngi, 12 çaplı Ata arms markalı, 12/D-5013 nömrəli ov silahı, 2 ədəd patrondaş, 29 ədəd 12 çaplı patron müvəqqəti saxlanılması üçün onlara göndərimişdir. Şikayət ərizəsinin məzmundan və şikayətçi X3 məhkəmə iclası zamanı verdiyi izahatından aydın olur ki, X7 11 oktyabr 2022-ci il tarixdə tanışı X13 ilə birlikdə özünə məxsus “Ata arms” markalı ov tüfəngi vasitəsilə lazımi icazə olmadan Salyan rayonu Yenikənd kəndi ərazisinə ov etmək məqsədilə getmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar