Məhkəmə qərarları › İş №3(009)-1919/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1919/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1919/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* Səbail rayon məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ polis kapitanı X1 tərəfindən tərtib edilmiş 29 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC-nin mülkiyyətində (istifadəsində) olan “Honda Accord” minik markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verməmişdir. Bununla da, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs ASC-nin nümayəndəsi etirazının onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli İXP6369053 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Honda Accord” minik markalı 77YT730 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xəta törədilmişdir. Lakin "xxxx" ASC mülkiyyətində olan həmin avtomobilin kim tərəfindən idarə edilməsi barədə Səbail rayon DYPŞ-nin müvafiq sorğusuna (bildirişinə) cavab vermədiyindən onun barəsində Səbail rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə hazırkı protokol tərtib edilmişdir. “Honda Accord” minik markalı 77YT730 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə inzibati xəta törədilməsi barədə məlumatın göstərildiyi və həmin avtomobilin kim tərəfindən idarə edilməsi barədə məlumatın təqdimedilməli olması ilə bağlı Səbail rayon DYPŞ-nin bildirişi (sorğusu) xx.xx.2024- cü il tarixdə "xxxx" ASC-nin ünvanına daxil olmuşdur. Səbail rayon DYPŞ-nin bildirişinə (sorğusuna) “BANK RESPUBLİKA" ASC-nin xx.xx.2024-cü il tarixli 3083 saylı məktubu ilə cavab verilmişdir. Məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Honda Accord” minik markalı 77YT730 dövlət qeydiyyat nişanlı avtomobili sürücü X2 idarə etmişdir. Qeyd edilən cavab məktubu xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Səbail rayon DYPŞ-nə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Səbail rayon DYPŞ-də imza edilməklə qəbul edilmişdir. Bu halları özündə əks etdirən sənədlər Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə işə əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi “BANK RESPUBLİKA" ASC mülkiyyətində nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi ilə bağlı məlumatı Səbail rayon DYPŞ-dən bu barədə sorğusu daxil olduqdan sonra xx.xx.2024-cü il tarixli 3083 saylı məktubla cavabdlandırmış, məktub xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Səbail rayon DYPŞ-nə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Səbail rayon DYPŞ-də qəbul edilmişdir. “BANK RESPUBLİKA" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şəxs ASC-nin tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Şəxs ASC tərəfindən balansında olan nəqliyyat vasitələri və onların sürücüləri barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-yə 25 iyun 2024-cü il tarixdə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 (beş) gün müddətində sorğuya cavab verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC səlahiyyətli orqanın sorğusunu vaxtında, müddəti ötürmədən cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polisin sorğusu vaxtında cavablandırıldığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105,114,122 və 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar