Məhkəmə qərarları › İş №3(009)-192/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-192/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-192/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 nümayəndəsi X1 iştirakları ilə, ilə, xx xxxxxx 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 mənzil 29 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)-2330/2020 saylı qərarı ilə Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(103)-2354/2020 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, protokol tərtib edilən zaman sərxoş olmamışdır, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 nümayəndəsi X2 inzibati xəta haqqında prptokolu müdafiə edərək göstərmişdir ki, yol nəqliyyat hadisələrinin təxminən 80%-nə səbəb sərxoş sürücülərdir. Spirtli içki qəbul edib sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işə əlavə edilmiş sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs spirtli pivə içməsini, həkim müayinəsinə ehtiyacın olmasını, alkotesterin göstəricisi ilə razı olduğunu yazaraq imza etmişdir. Şəxs protokolda olan mətni özü yazmışdır, onun əvəzinə yol-patrul inspektoru yazmamışdır. Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 08.00 da protokolu yazıb imzalamışdır. Həmin protokolda sərxoş olduğunu etiraf etmiş və həkim müayinəsindən keçməyə zərurət olmadığını bildirmişdir. Həmin gün saat 15.15-də , protokol tərtib ediləndən 7 saat sonra Şəxs öz təşəbbüsü ilə həkim müayinəsindən keçmiş və müayinəyə əsasən onun ayıq olması aşkar olunmuşdur. Müayinə aktını da məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Maddənin normasından məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə “Opel Astra” (minik) markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun sərxoş olması aşkar olunmuşdur. İş materiallarına olan avtonəqliyyat saxlanılma qəbulu barədə xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs həmin aktda müayinənin nəticəsi barədə qrafada izahatında göstərmişdir ki, o, spirtli içki hesab edilən pivə içmiş, həkim müayinəsinə ehtiyac yoxdur və alkotesterin nəticəsi ilə razıdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2020-ci il tarixli, 2/9047 nömrəli, saat 15:15-də tərtib edilmiş protokoldan görünür ki, Şəxs ayıqdır. Həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən “həkimə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə tam razı olduğunu, heç bir narazılığının olmadığını qeyd edərək spirtli içki hesab edilən pivə içdiyini etiraf etmişdir. Göründüyü kimi Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 07:45-də “Opel Astra” (minik) markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi həm iş materialları ilə, həmdə inzibati xəta törədilən vaxt Şəxs etiraf edici izahatı ilə tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2/9047 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokoluna münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, sərxoşluq faktı xx xxxxxxx 2020-ci il tarixdə saat 07:45-də yerində aşkar olunmuş, Şəxs isə həmin gün saat 15:15-da tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən protokol (xx.xx.2020-ci il tarixli, 2/9047 saylı) iş üzrə əhəmiyyət kəsb edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar