Məhkəmə qərarları › İş №3(009)-1920/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1920/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1920/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1996-cı ildə Naxçıvan MR, Şərur rayonu, Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metro stamsiyası yaxınlığında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsindən daxil olmuş MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 21.10 radələrində Xəqani bağında saxlanılaraq Polis bölməsinə dəvət edilərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamış və tabesizlik göstərmişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək, baş verən hadisədən peşman olduğunu göstərmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahidin ifadəsini dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 535.1-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili X1 öz ifadəsində göstərmişdir ki, Şəxs tanış olduğu bir şəxsin telefonunu götürərək qaytarmadığı üçün telefon sahibinin şikayəti əsasında bölmədə təhqiqat işi açılmış, həmin şəxsin ifadəsinin alınması məqsədilə dəfələrlə bölməyə dəvət olunsa da gəlməkdən imtina etmiş xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Xaqani bağında onu saxlayaraq polis bölməsinə dəvət edərkən Şəxs onun qanuni tələblərinə tabe olmamış və bölməyə getməkdən imtina etmişdir. Beləliklə tərtib edilmiş protokolla, raportla və məhkəmə iclasında verilmiş ifadə ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutmanın əvvəli A.Məmmədovun faktiki tutulduğu vaxtdan, yəni 29 noyabr 2022-ci il tarixdən 23:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar