Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1923/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis mayoru X3, zərərçəkmiş şəxslər X5, X6 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Zərdab rayonu, Əlibəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis mayoru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis mayoru X7 tərəfindən tərtib edilmiş 24 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis mayoru X7 tərəfindən tərtib edilmiş 24 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs 25.08.2021-ci il tarixdə saat 21:45 radələrində ünvan 2 ünvanında yerləşən “Levis” mağazasında X5, X6 və X2 döymüşdür. Bununla da onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis mayoru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, o, ünvan 3 ünvanda yerləşən “Levis” mağazasında satıcı işləyir. 25 avqust 2021-ci il tarixdə, saat 21:40 radələrində, o, müdiri Ellada Mutahirova ilə birlikdə mağazada olarkən, oraya tanımadığı üç oğlan və bir qız müştəri kimi gəlib, mağazada sərgilənən mallara baxarkən, həmin şəxslərdən biri ondan bir ədəd boxer-tumanın qiymətini soruşmuş, o, 59 manat olmasını bildirdikdə, həmin şəxs yanındakı tanışına “transın doğru dediyini” bildirmişdir. Bu zaman mağazaya iki həftə öncə bir nəfər cinsi azlıq nümayəndəsinin gəlib mağazadakı paltarları göstərək video çəkməklə internetdə paylaşaraq satıcı qızla, onun iş yoldaşı ilə mübahisə etdiyi yadına düşüb əsəbləşmiş, həmin şəxslərin təkrar mağazaya yeni bir olay çıxarmağa gəldiklərini başa düşüb, eyni zamanda həmin şəxslərdən birinin əlindəki mobil telefonla çəkiliş aparmaq istədiyini anlayıb, həmin şəxslərə “trans da qələt eliyir, siz də” demiş, aralarında mübahisə yaranmasın deyə, həmin şəxslərdən mağazanı tərk etmələrini tələb etmişdir. Bu zaman Ellada xanım həmin şəxslərə yaxınlaşıb, “trans”dedikləri şəxsin qəsdən gəlib mağazada olay yaradaraq sosial mediyada paylaşmasını izah etməyə çalışmışdır. O, həmin şəxslərdən mağazanı tərk etmələrini tələb edərkən, həmin şəxslər ondan mağaza müdirini çağırmasını tələb etmiş, o, Elladanı göstərərək müdir olmasını bildirmiş və həmin şəxslərlə heç fiziki kontakta girmədən mağazanı tərk etmələrinə nail olmuşdur. Həmin şəxslərlə aralarında sözlə qısa mübahisə olsa da, dava-dalaş olmamışdır. Bir neçə dəqiqədən sonra o, həmin şəxslərin mağazanın qarşısında dayanıb getmədiklərini görmüş, nəyə görə getməmələrini öyrənmək üçün o, Ellada ilə birlikdə mağazanın önünə çıxmış, Ellada həmin şəxslərə nəyə görə söhbəti uzatmalarını və çıxıb getməmələrini soruşduqda, həmin şəxslər polis çağırdıqlarını və ondan şikayət etdiklərini bildirib, onun ünvanına təhqiredici sözlər dedikdə, o, Elladanın yanından keçib, həmin şəxslərin üzərinə gedərək rədd olub getmələrini bildirərək, həmin şəxsləri əli ilə geri itələmiş və istiqamətlərinə təpik atmış, lakin onun atdığı təpik onların heç birinə dəyməmişdir. Sonra Ellada onu mağazaya salıb qapını örtərək, bayıra çıxmamasını tapşırmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onu 39-cu PB-nə dəvət etmişlər. Hadisə zamanı o, heç kəsi vurmaməş və xəsarət yetirməmişdir. O, əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, 25 ayqust 2021-ci il tarixdə, saat 20:30 radələrində, o, dostları Rəvan Həsənov, İsmayıl Hüseynov və Emilya Vəlixanova ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə gəzib mağazalara baxarkən, həmin küçədə yerləşən “Levis” geyim mağazasına daxil olub, orada sərgilənən paltarların qiymətləri ilə maraqlanarkən, mağazada 59 manata satışa qoyulmuş köynəyin yanında olan dostlarına bahalı olmasını bildirdikdə, dostu İsmayıl “qız düz deyirmiş, bura həqiqətən bahalı imiş" sözünü dediyi zaman, tanımadığı satıcı oğlan İsmayıla yaxınlaşıb “mağazadan rədd olmasını” deyərək təhqir etməyə başlamış, o, həmin satıcıya və orada olan müdirinə bu kimi rəftar etmələrinin düzgün olmamasını, sakit olmalarını bildirərkən, satıcı oğlan yaxşı etdiyini deyərək təhqir etməyi davam etmiş, bu zaman o, DİN-nin “102” xidmətinə məlumat verərək dostları ilə birlikdə mağazadan bayıra çıxıb polisin gəlməsini gözləmişdir. Həmin vaxt mağazanın satıcısı olan oğlan mağazanın qarşısına çıxıb, onu və dostlarını təhqir etməyə və hədələməyə davam etmiş, o, polisin gələcəyini bildirdikdə, həmin şəxs onu və dostlarını əli ilə itəliyərək təpik atmış, həmin şəxsin atdığı təpiklərdən biri onun qarnına dəymişdir. Müəyyən vaxtdan sonra polis gəlib onu və dostlarını polisə dəvət etdikdə, o, şikayət ərizəsi yazmışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir və ümumiyyətlə onun tərəfindən törədilmiş hərəkətlərə İXM-nin 157-ci maddəsi ilə qiymət verilməsindən narazıdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, 25 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində, o, dostları Ayxan Qasımzadə, İsmayıl Hüseynov və Emilya Vəlixanova ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə gəzib mağazalara baxarkən, həmin küçədə yerləşən “Levis”geyim mağazasına daxil olub, orada sərgilənən paltarların qiymətləri ilə maraqlanıb, mağazada satışa qoyulmuş malların qiymətləri bahalı olmasını öz aralarında danışarkən, dostu İsmayıl “qız düz deyirmiş, bura həqiqətən bahalı imiş” sözünü dediyi zaman, mağazanın satıcısı olan oğlan İsmayıla yaxınlaşıb “mağazadan rədd olmasını” deyərək təhqir etməyə başlamış, bu zaman dostu Ayxan həmin satıcıya və orada olan müdirinə bu kimi rəftar etməyin düzgün olmamasını, sakit olmalarını bildirərkən, satıcı oğlan yaxşı etdiyini deyərək, təhqir etməyi davam etmişdir. Sonra Ayxan DİN-nin “102” xidmətinə məlumat vermiş və o, dostları ilə birlikdə mağazadan bayıra çıxıb polisin gəlməsini gözləmişdir. Həmin vaxt həmin satıcı oğlan mağazanın qarşısına çıxıb, onu və dostlarını təhqir etməyə və hədələməyə davam etmiş, o, dostları ilə polisin gələcəyini bildirdikdə, həmin şəxs onu və dostlarını əli ilə itəliyərək təpik atmış,h əmin şəxsin atdığı təpiklərdən biri onun qarnına dəymişdir. Müəyyən vaxtdan sonra polis gəlib onu və dostlarını polisə dəvət etdikdə, o, şikayət ərizəsi yazmışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir və ümumiyyətlə onun tərəfindən törədilmiş hərəkətlərə İXM-nin 157-ci maddəsi ilə qiymət verilməsindən narazıdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, 25 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində o, dostları Ayxan Qasımzadə, Rəvan Həsənov və Emilya Vəlixanova ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə gəzib mağazalara baxarkən, həmin küçədə yerləşən “Levis”geyim mağazasına daxil olub, orada satılan paltarların qiymətləri ilə maraqlanarkən, Ayxan mağazada satışa qoyulmuş köynəyin qiyməti bahalı olmasını bildirdikdə, o, “qız düz deyirmiş bura həqiqətən bahalı imiş” sözünü dediyi zaman, mağazanın tanımadığı satıcısı olan oğlan ona yaxınlaşıb “mağazadan rədd olmasını” deyərək təhqir etməyə başlamış, dostu Ayxan həmin satıcıya və orada olan müdirinə bu kimi rəftar etmələri düzgün olmamasını,s akit olmalarını bildirərkən, satıcı oğlan yaxşı etdiyini deyərək təhqir etməyi davam etmiş, bu zaman Ayxan DİN-nin “102” xidmətinə məlumat verərək birlikdə mağazadan bayıra çıxıb polisin gəlməsini gözləmişlər. Həmin vaxt mağazanın satıcısı oğlan mağazanın qarşısına çıxıb, onu və dostlarını təhqir etməyə və hədələməyə davam etmiş, o, dostları ilə polisin gələcəyini bildirdikdə, həmin şəxs onu və dostlarını əli ilə itəliyərək təpik atmış, həmin şəxsin atdığı təpiklərdən biri onun sol ayağına dəymişdir. Müəyyən vaxtdan sonra polis gəlib onu və dostlarını polisə dəvət etdikdə, o, şikayət ərizəsi yazmışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir və ümumiyyətlə onun tərəfindən törədilmiş hərəkətlərə İXM-nin 157-ci maddəsi ilə qiymət verilməsindən narazıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* saylı inzbati xəta haqqında protokoldan və 13 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs 25.08.2021-ci il tarixdə, saat 21:45 radələrində, ünvan 2 ünvanında yerləşən “Levis” mağazasında X5, X6 və X2 döymüşdür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1923/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1923/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver