Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1928/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Əlirza Azər oğlunun katibliyi ilə, X1 Bakı şəhəri DYPİ Yol patrul patrulu inspektoru Azay Əliyevin 14 iyul 2020-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri DYPİ Yol patrul patrulu inspektoru Azay Əliyevin 14 iyul 2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 14.07.2020-ci il tarixində ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə SMS icazəsi olmadan çölə çıxdığı üçün cərimə yazılmışdır. X2 artıq inzibati məsuliyyəti yüngülləşdirən halın baş verdiyini, SMS icazəsi məcburiyyətinin aradan qaldırıldığını və bu səbəbdən barəsində qəbul edilmiş TP ******* nömrəli 14.07.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 14.07.2020-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 27 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs ərizəyə qeyd edilən qərarın ona rəsmi qaydada nə vaxt verildiyini təsdiq edən sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Bakı şəhəri DYPİ Yol patrul patrulu inspektoru Azay Əliyevin 14 iyul 2020-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri DYPİ Yol patrul patrulu inspektoru Azay Əliyevin 14 iyul 2020-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət ona geri qaytarılsın. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1928/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1928/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver