Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1930/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ ******* saylı 23.08.2021-ci il tarixli, EQ ******* saylı 26.08.2021-ci il tarixli, EQ ******* saylı 16.08.2021-ci il tarixli, EQ ******* saylı 06.08.2021ci il tarixli, EQ ******* saylı 05.08.2021-ci il tarixli, EQ ******* saylı 14.07.2021-ci il tarixli, EQ ******* saylı 24.06.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 28.05.2021-ci il tarixli, EQ ******* saylı 19.05.2021-ci il tarixli, EQ ******* saylı 14.05.2021-ci il tarixli, EQ ******* saylı 25.04.2021-ci il tarixli, EQ ******* saylı 16.04.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarlarından X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ ******* saylı 23.08.2021-ci il tarixli, EQ ******* saylı 26.08.2021-ci il tarixli, EQ ******* saylı 16.08.2021-ci il tarixli, EQ ******* saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 05.08.2021-ci il tarixli, EQ ******* saylı 14.07.2021-ci il tarixli, EQ ******* saylı 24.06.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 28.05.2021ci il tarixli, EQ ******* saylı 19.05.2021-ci il tarixli, EQ ******* saylı 14.05.2021-ci il tarixli, EQ ******* saylı 25.04.2021-ci il tarixli, EQ ******* saylı 16.04.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xüsusi texniki vasitəsinin məlumatına əsasən müxtəlif vaxtlarda barəsində elektron qərarlar qəbul edilmişdir. Belə ki, qəbul edilmiş elektron qərarlardan məlumatı olmamış, lakin 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri DYPİ-nin YPX əməkdaşları onu saxlayaraq bu barədə məlumat vermişlər. Sonra isə Bakı şəhəri BPİ X7 İdarəsinə gederək qəbul edilmiş qərarları rəsmi olaraq əldə etmişdir. Qeydiyyatı Bakı şəhəri, Səbail rayonunda olduğundan inzibati tənbeh tətbiq etmə haqqında qərarlar BDYPİ-nin Mərkəzi informasiya Sistemi vasitəsilə icra olunması üçün Səbail RPİ-yə göndərilmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ ******* saylı 23.08.2021-ci il tarixli, EQ ******* saylı 26.08.2021-ci il tarixli, EQ ******* saylı 16.08.2021-ci il tarixli, EQ ******* saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 05.08.2021-ci il tarixli, EQ ******* saylı 14.07.2021-ci il tarixli, EQ ******* saylı 24.06.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 28.05.2021-ci il tarixli, EQ ******* saylı 19.05.2021-ci il tarixli, EQ ******* saylı 14.05.2021ci il tarixli, EQ ******* saylı 25.04.2021-ci il tarixli, EQ ******* saylı 16.04.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin X7 İdarəsinin nümayəndəsi X2, EQ ******* saylı 23.08.2021-ci il tarixli, EQ ******* saylı 26.08.2021-ci il tarixli, EQ ******* saylı 16.08.2021-ci il tarixli, EQ ******* saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 05.08.2021-ci il tarixli, EQ ******* saylı 14.07.2021-ci il tarixli, EQ ******* saylı 24.06.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 28.05.2021ci il tarixli, EQ ******* saylı 19.05.2021-ci il tarixli, EQ ******* saylı 14.05.2021-ci il tarixli, EQ ******* saylı 25.04.2021-ci il tarixli, EQ ******* saylı 16.04.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarların ləğv edilməsinə etiraz etməmişdir. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq və qərarından şikayət olunan orqanın mövqeyini nəzərə alaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 23.08.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 26.08.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 16.08.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 06.08.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 05.08.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 14.07.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 24.06.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 29.05.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 29.05.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 28.05.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 19.05.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 64227839 saylı, 14.05.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 25.04.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı, 16.04.2021ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 328.1ci, 328.2-ci, 329.1-ci, 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ ******* saylı 23.08.2021-ci il tarixli, EQ ******* saylı 26.08.2021-ci il tarixli, EQ ******* saylı 16.08.2021-ci il tarixli, EQ ******* saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 05.08.2021-ci il tarixli, EQ ******* saylı 14.07.2021-ci il tarixli, EQ ******* saylı 24.06.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021ci il tarixli, EQ ******* saylı 28.05.2021-ci il tarixli, EQ ******* saylı 19.05.2021-ci il tarixli, EQ ******* saylı 14.05.2021-ci il tarixli, EQ ******* saylı 25.04.2021-ci il tarixli, EQ ******* saylı 16.04.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərarlar ləğv edilməli və işlər üzrə icraatlara xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 inzibati tənbeh tətbiq etmə haqqında qərarlardan verdiyi şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin EQ ******* saylı 23.08.2021-ci il tarixli, EQ ******* saylı 26.08.2021-ci il tarixli, EQ ******* saylı 16.08.2021-ci il tarixli, EQ ******* saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 05.08.2021-ci il tarixli, EQ ******* saylı 14.07.2021-ci il tarixli, EQ ******* saylı 24.06.2021-ci il tarixli, EQ ******* saylı 29.05.2021ci il tarixli, EQ ******* saylı 29.05.2021-ci il tarixli, EQ ******* saylı 28.05.2021-ci il tarixli, EQ ******* saylı 19.05.2021-ci il tarixli, EQ ******* saylı 14.05.2021-ci il tarixli, EQ ******* saylı 25.04.2021-ci il tarixli, EQ ******* saylı 16.04.2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarları ləğv edilsin və işlər üzrə icraatlara xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1930/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1930/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver