Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1932/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, idxalatçı "xxxx" MMC- n- ünvanına Türkiyə Respublikasından 01CX950/99ZG874 nömrə nişanlı avtomaşında 281 saylı 34.2025-ci il tarixli invoysla idxal olunan və **********5226 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə gömrük baxışı zamanı bəyannamədə bəyan olunmayan 1 yer içərisində 8 ədəd içi boş “Maro Giovanni” qutu, 19 ədəd “Mario Giovanni qaranti kartı, 6 ədəd içi boş “Cetas” qutu. 24 ədəd “Cetas” pasport, 3 ədəd içi boş “Cetaş” çanta, 2 ədəd yapışqanlı ağ rulon, 1 ədəd “Ribon zebra” yazılı printer kağızı, zinət əşyalarına məxsus və içərisində heç bir zinət əşyası olmayan qutular yükü aşkar olunmuşdur. Aparılan araşdırma zamanı 8 ədəd içi bos “Maro Giovanni” qutu, 19 ədəd “Mario Giovanni qaranti kartı. 6 ədəd içi boş “Cetas” qutu, 24 ədəd “Cetas” pasport, 3 ədəd içi boş “Cetaş” sumka, 2 ədəd yapışqanlı ağ rulon, 1 ədəd “Ribon zebra” yazılı printer kağızı, zinət əşyalarına məxsus və içərisində heç bir zinət əşyası olmayan qutular yükü ilə əlaqədar iş üzrə əhəmiyyət kəsb edən məsələlərin həlli üçün xüsusi biliyə malik olan mütəxəssis rəyi alınması zərurəti yarandığından,həmin malların 7 may 2025-ci il tarixə olan respublikadaxili faktiki bazar qiymətinin nə qədər olduğu barədə suallar qoyulmaqla 3-33-1100/2-002897/2025 nömrəli 24 iyun 2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmiş, həmin İdarədən daxil olmuş 182 nömrəli 16 iyul 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən təqdim edilmiş 8 ədəd içi boş “Maro Giovanni” qutu, 19 ədəd “Mario Giovanni” qaranti kartı, 6 ədəd içi boş “Cetas” qutu, 24 ədəd “Cetas” pasport, 3 ədəd içi boş “Cetas” sumka, 2 ədəd yapışqanlı ağ rulon, 1 ədəd “Ribon zebra” yazılı printer kağızı, zinət əşyalarına məxsus və içərisində heç bir zinət əşyası olmayan qutular yükünün xx.xx.2025-ci il tarixə olan respublikadaxili faktiki bazar qiyməti 149.5 (yüz qırx doqquz manat əlli qəpik ) müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs gətirilən mallar bəyan edildiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndə məhkəmə iclasına gəlməmiş. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında protokolda və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində "xxxx" MMC-nin direktoru X1 verdiyi izahatda bildirmişdir ki, 8 ədəd içi bos “Maro Giovanni” qutu, 19 ədəd “Mario Giovanni qaranti kartı, 6 ədəd ici bos “Cetas” qutu. 24 ədəd “Cetas” pasport, 3 ədəd içi boş “Cetaş” çanta, 2 ədəd yapışqanlı ağ rulon, 1 ədəd “Ribon zebra” yazılı printer kağızı, zinət əşyalarına məxsus və içərisində heç bir zinət əşyası olmayan qutular adını bilmədikləri Azərbaycan vətəndaşı tərəfindən anbardara verilərək rəsmiləşdirilib və kargo yükü kimi Azərbaycana göndərilib. Aşkar edilən əşyalar Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən Cəbrayıl kargo şirkətinə Bakıya gətirmək məqsədilə sifariş verilib. Bu məsələdə şirkətin heç bir məsuliyyəti yoxdur. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında protokolda və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində Şəxs verdiyi izahatda bildirmişdir ki, həmin yüklər ona məxsusdur. Zərgərlik fəaliyyəti ilə məşğuldur. 2025-ci ilin yanvar ayında İstanbulda olarkən Sumqayıtda satış məqsədilə “Mario Giovanni” şirkətinin İstanbuldakı mağazasından 2840 ABŞ dolları dəyərində 585 əyarlıq qızıl alaraq Bakıya gətirmişdir. Lakin həmin vaxt qızıl qutuları olmadığından 2025-ci ilin aprel ayında İstanbulda olarkən həmin qutu və pasportları götürüb Bakıya gəlmək məqsədi ilə Cəbrayıl kargo şirkətinə vermişdir. Ona kargo tərəfindən qəbz təqdim olunmuşdur. Həmin kargo şirkəti göndərilən əşyaları idxalatçı "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından mal gətirən 01CX950/99ZG874 nömrə nişanlı avtomaşına yükləmişdir. Qızıl zinyət əşyalarına dair sadələşdirilmiş bəyannamə təqdim edilmişdir. Həmin alınan qızıllar hissə hissə satılır lakin “Mario Giovanni” və “Cetaş” markalı qutular və pasportlar istifadəsiz şəkildə şkafda saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyin malların qiymətini müəyyən etmək üçün 182 № ekspertiza aktına əsasən xx.xx.2025-ci il tarixinə 8 ədəd içi boş “Maro Giovanni” qutu, 19 ədəd “Mario Giovanni qaranti kartı, 6 ədəd içi boş “Cetas” qutu, 24 ədəd “Cetas” pasport, 3 ədəd içi boş “Cetaş” çanta, 2 ədəd yapışqanlı ağ rulon, 1 ədəd “Ribon zebra” yazılı printer kağızı, zinət əşyalarına məxsus və içərisində heç bir zinət əşyası olmayan qutuların faktiki bazar qiyməti-149.5 (yüz qırx doqquz manat əlli qəpik ) AZN müəyyən edildi. Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş bəyannamədə 19 ədəd “Mario Giovanni” qarantı kartı cəmi 28.5 AZN, 3 ədəd içi boş “Çetaş” çanta cəmi 6 AZN, 1 ədəd “Ribon Zebra” yazılı printer kağızı cəmi 7 AZN olan mallar bəyan edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan gömrük orqanına bəyan edilməyən malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 34.3, 40, 43, 114-115, 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 38.5 (otuz səkkiz manat beş qəpik ) Azərbycan manatı məbləğinin qırx faizi miqdarında, yəni 15.4 (on beş manat qırx qəpik) Azərbaycan manatı cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1932/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1932/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver