Məhkəmə qərarları › İş №3(009)-1933/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1933/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1933/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC -nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 24 sentyabr 2021-ci il tarixli 00100-1847/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” g/p-nun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Çin Xalq Respublikasından Şirvan şəhəri, 1 May küç. ev 106A-da qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 30D83110/30D83210 nömrə nişanlı avtomaşınla daxil olmuş və BBGİ-də **********2259 saylı GB-lə bəyan edilmiş yükün yer sayı 849,brutto çəkisi 23862.2 kq, netto çəkisi 22557.035 kq-dır. Yükə baxış keçirilən zaman malların yer sayında və ədəd sayında heç bir uyğunsuzluq aşkar edilməsə də, netto çəkinin 25665.035 kq olduğu aşkar edilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs Şəxs (VÖEN **********) Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 00100/1030 nömrəli 02.06.2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə baxmayaraq, qanunla inzibati xəta törətməmiş şəxs hesab edilməsi üçün müəyyən edilən 1 il müddət keçmədən, yenidən Çin Xalq Respublikasında fəaliyyət göstərən “X2 and Export Co. Ltd” şirkətindən SMR122221 nömrəli 22.05.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə MİOU ******* nömrəli konteynerdə göndərilmiş, Azəbaycan Respublikasına 30D83110/30D83210 nömrə nişanlı yük avtomobildə idxal edilmiş malları 7 sentyabr 2021 -ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2259 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən malların adını, sayını, yer sayını və digər xüsusiyyətlərini qanunla müəyyən edilmiş qaydada düzgün bəyan etsə də, malların faktiki çəkisi 25665,03 kq olduğu halda, bəyannamədə 22557,035 kq çəkidə qeyd etməklə, malların müvafiq mövqeləri üzrə gömrük ödənişləri çəkiyə münasibətdə hesablanıldığından ödənilməli olan 700,55 manat idxal rüsumu, 2705,08 manat Əlavə Dəyər vergisindən ibarət ümumilikdə az miqdarda, yəni 3405,63 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin həmin protokolla müəyyən edilmişdir ki, “İpək yolu” gömrük postundan daxil olmuş 34/024/024445 nömrəli 20.09.2021-ci il tarixli raportu və 10.09.2021 -ci il tarixli yoxlama protokoluna əsasən 10 sentyabr 2021-ci il tarixdə saat 14:35-də “İpək Yolu” gömrük postunda "Sabiroğlu” MMC-nin ünvanına 30D83110/30D83210 nömrə nişanlı avtomaşınla daxil olmuş, BBGİ-də **********2259 saylı GB- lə bəyan edilmiş yüklərin yoxlanılması nəticəsində yer sayı 849,brutto çəkisi 23862.2 kq, netto çəkisi 22557.035 kq-dır. Yükə baxış keçirilən zaman malların yer sayında və ədəd sayında heç bir uyğunsuzluq aşkar edilməsə də, netto çəkinin 25665.035 kq olduğu aşkar edilmişdir. Araşdırma zamanı 20 sentyabr 2021-ci il tarixdə "Sabiroğlu” MMC tərəfindən **********2259 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların yer sayında və ədəd sayında heç bir uyğunsuzluq olmamaqla, netto çəkisi 22557.035 kq deyil, faktiki olaraq 25665.035 kq olduğu halda gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, müsbət halda əlavə ödənilməli olan gömrük ödənişlərinin məbləğini müəyyən etməkdən ötrü 34/013/024548 nömrəli raportla sorğu verilmişdir. X1 və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/024897 nömrəli 23.09.2021-ci il tarixli raportuna əsasən Şəxs MMC tərəfindən dəyəri 39645.7 ABŞ dolları göstərilən invoys sənədi nəzərə alındığı təqdirdə, 23.09.2021-ci il tarixinə ABŞ dollarının manata olan məzənnəsini nəzərə alaraq gömrük ödənişlərində yaranan fərq 700.55 AZN idxal gömrük rüsumu, 2705.08 AZN əlavə dəyər vergisi təşkil edəcəkdir. İş materiallarında olan gömrük postunun inspektoru, idxalçı Şəxs MMC-nin nümyəndəsi və hal şahidləri ilə keçirilmiş 10.09.2021-ci il tarixli yoxlama protokoluna əsasən 30D83110/30D83210 nömrəli avtomaşında daxil olmuş **********2259 saylı GB ilə bəyan edilmiş yüklərin yoxlanılması nəticəsində yer sayı 849,brutto çəkisi 23862.2 kq, netto çəkisi 22557.035 kq-dır. Yükə baxış keçirilən zaman malların yer sayında və ədəd sayında heç bir uyğunsuzluq aşkar edilməsə də, netto çəkinin 25665.035 kq olduğu aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqi şəxs Şəxs (VÖEN **********) Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 00100/1030 nömrəli 02.06.2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki,”Sabiroğlu” MMCyə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 3405,63 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 3405,63 (üç min dörd yüz beş manat altmış üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 2384 (iki min üç yüz səksən dörd) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar