Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1933/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Səbail rayon DYPŞ-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Səbail rayon DYPŞ-nin 17 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Səbail rayon DYPŞ-nin polis baş serjantı Nümayəndə 17 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, DYPŞ tərəfındən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 17 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati xəta barədə qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. X3 ona İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş protokoldan Bakı şəhəri, DYP-nin Səbail rayon İdarəsinə, DİN-nin 102 qaynar xəttinə, X10 şikayət etsəm də, Bakı şəhəri, Səbail rayonu. DYPŞ tərəfındən X6 barəsində İXM-nin 333.1-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə TP ******* saylı, 17 avqust 2024-ci il qərar X4 ünvanına rəsmi qaydada daxil olmamışdır. Mübahisələndirilən qərarı xx.xx.2024-cü il tarixdə Səbail DYPŞ-nin inzibati binasına gedərək, əlbəəl şəxsən əldə edib. Hörmətli məhkəmə mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas - guya o xx.xx.2024-cü il tarixdə saat 23:20-də Bakı şəhəri, Səbail rayonu Səlyan şossesinin 14-cü kilometrində KAWASAKİ EX 650N markalı, 99-H-171 dövlət qeydiyyat nişanlı motosikli, işıq cihazlarından istifadə qaydasını pozaraq sərxoş halda idarə etməyimdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinin dispozisiyası ilə inzibati məsuliyyətin yaranmasının əsası nəqliyyat vasitəsini idarə edən şəxs tərətindən sərxoş halda idarə etməsi ilə şərtləndirilir, sərxoşluq halı təsdiqini tapmadığı halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 23:20-də xidaməti avtomobilində tək xidmət aparan **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən DYP əməkdaşı tərəfindən idarə etdiyi motosikl saxlanıldıqdan sonra, DYP əməkdaşı içkili olduğuna görə onu saxladığını, özündə olan sərxoşluğu yoxlayan texniki vasitə ilə yoxlayan zaman, 0,9 promilli sərxoşluq vəziyyəti çıxdığı zaman, o buna etiraz etdikdə yəni sərxoş olmadığını bildirdikdə isə sərxoşluğun müayinəsi üçün narkoloji dispansperə getməli olduğunu bildirdi. Bundan sonra sərxoşluğun müayinəsi üçün 3 saylı Narkoloji Dispanserə getdilər. Dispanserdə sərxoşluq vəziyyətim yoxlanan zaman 0,5 promilli çıxdı. Sərxoşluğun müayinəsi zamanı istər motosiklinin saxlandığı yerdə istərsə də 3 saylı dispanserdə, DYP əməkdaşı tək olmuşdur. Bundan sonra, 3 saylı dispanserin müayinə nəticəsi ilə razılaşmadığından, eyni zamanda içkili olmadığından, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Dispanserinə getdi. Orda müayinə zamanı xx.xx.2024-cü il saat 00:30-da sərxoşluğun dərəcəsi 0,212 promilli göstərdi. Maştağadan dərhal qayıdaraq, 3 saylı Narkoloji Dispanserə təkrar getdi, orda müayinə zamanı saat 01:25-də ayıq, alkoqol əlamətləri yoxdur göstərdi. Bununla da təsdiq olundu ki, həmin an mən sərxoş vəziyyətdə olmayıb. Qanunvericiliyin tələbinə əsasən müayinə aktının bir surəti ona verilməli olduğu halda, ilk müayinə aktı ona təqdim edilməmişdir. İki ədəd müayinə aktları şikayətə əlavə olunur. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. 17 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 inzibati xəta hadisəsində onun təqsiri olmadığını bildirərək, 17 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsasız olduğundan ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Səbail rayon DYPŞ-nin nümayəndəsi Əsədov X5 Yaqub Bəhlul oğlu barəsində qəbul edilmiş 17 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına olan 27 iyul 2024-cü il tarixli sərxoşluq vəziyyətinin müayinəsinə dair 93004697 saylı alkotesterın çıxarışından görünür ki, 27 iyul 2024-cü il tarixdə saat 21:59da X2 vəziyyətindədir(0.923 promil). İş materiallarına olan 27 iyul 2024-cü il tarixli 2/1409 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X6 27 iyul 2024-cü il tarixdə saat 22:15-də sərxoş vəziyyətindədir(0.502 promil). Məhkəmə, X4 şikayət ərizəsini və iş materiallarını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta hadisəsi kimi qiymətləndirilmiş və 400 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X4 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 331.1-ci maddələrinə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Səbail rayon DYPŞ-nin tərəfindən X4 barəsində çıxarılmış 17 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Səbail rayon DYPŞ-nin 17 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1933/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1933/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver