Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1933/2025 19.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102a, X10, 11-ci mərtəbə ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102a, X10, 11-ci mərtəbə ünvanında yerləşən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ölkəyə saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan mallar idxal edilmişdir. Bununla əlaqədar BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X7 tərəfindən 23 iyul 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi və həmçinin ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq nümayəndənin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iş üzrə 3 fərqli rəy vardır, tərtib olunmuş protokol əsassızdır, AQTA-nın çıxardığı rəydə yodun miqdarı 8.5 müəyyən olunmuşdur, alqı-satqı prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli qərarı əsasında baş tutmuşdur, lakin malların Azərbaycan Respublikası ərazisinə daxil olan zaman duzdakı yodun miqdarı dəyişmiş, buna səbəb isə ekspertin də qeyd etdiyini kimi duzun tərkibindəki yodun buxarlanmaya meyilli olmasıdır. Standartlara uyğun olması ilə bağlı sertifikat da təqdim etmişik. Gömrük Komitəsi təkrar ekspertiza keçirərək miqdarı 22 müəyyən edib. Odur ki, inziabti xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs gömrük xidməti kapitanı X7 protokolu müdafiə edərək bildirmişdir ki, icraat zamanı keçirilən ekspertizaların hər üçündə yodun miqdarı aşağı müəyyən olunub. Üç ekspert rəyi vardır. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin şöbə rəisi X2 bildirmişdir ki, ******* nömrəli invoys ilə idxal edilmiş 2 növ duz olmuşdur, bu duzlar barədə ilk ekspertiza hüquqi şəxsin müraciəti əsasında olmuş, təqdim olunan nümunələr analiz olunması üçün Qida Agentliyinə göndərilmişdir. İki ayrı duz idi. Onlardan birində yodun miqdarı 46.5 mkq/q, digərində isə 8.5 mqk/q olmuşdur. Bunun əsasında tərəfində rəy tətbiq olunmuş və rəydə məlumat üçün bildirilmişdir ki, duzun yodlaşdırılmasına baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli qərarında göstərilən həddə uyğun deyildir. Daha sonra ikinci dəfə Bakı Baş Gömrük İdarəsinə eyni mallara dair müraciət daxil olmuşdur. Eyni qaydada ekspertin qarşısında qoyulan sual yodun olunması idi. Bu dəfə duzun tərkibində yodun müəyyən olunması ekspertizanın özü tərəfindən keçirilmişdir. Həmçinin sınaq aparılmış, sınaqlara dair protokol tərtib olunmuş və Qida Agentliyi tərəfindən verilmiş rəydəki kimi duzlardan birinin tərkibindəki yodun miqdarı normaya uyğun olmamış, digəri isə uyğun olmuşdur. Kiçik rəqəm fərqi olsa belə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli qərarında göstərilən həddə uyğun olmamışdır. Sonuncu keçirilmiş ekspertizada duzdakı yodun miqdarı 21 mkq/q olmuşdur. Şəxs Qapalı Səhmdar Cəmiyyəti törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102a, X10, 11-ci mərtəbə ünvanında qeydiyyatda olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına xx.xx.2025-ci il tarixində 33AİD500/33AİD501 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********9460 və **********9471 nömrəli gömrük bəyannamələri ilə bəyan olunan “müxtəlif növ qida məhsulları” yükünün tərkibində olan yodun miqdarının “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 nömrəli 30 dekabr 2002-ci il tarixli qərarının 1-ci bəndinə uyğun olmadığı müəyyən edilmişdir. -iş materialların olan Azərbaycan Respublikası Qida Təhlukəsizliyi Agentliyi Azərbaycan X1 X5 Laboratoriyasının xx.xx.2025-ci il tarixli sınaq nəticələrinə əsasən "Dani" nişanlı, “Sal rosa del X6 himalayan pink salt” adlı, 100q-lıq şüşə qablaşmada, tərkibində yodun miqdarı 8.5 mkq/q, “Sal rosa del Himalaya himalayan pink salt” adlı, 100q-lıq şüşə qablaşmada, tərkibində yodun miqdarı 46.5 mkq/q təşkil edir. -iş materialların olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xx.xx.2025-ci il tarixli XM**********55 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunan nümunələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 3-44-14/2- 002706/2025 nömrəli, xx.xx.2025 tarixli rəyinə əsasən ******* nömrəli xx.xx.2025-ci il tarixli invoysun 28-ci mal mövqeyi üzrə "Dani" nişanlı, “Sal rosa del X6 himalayan pink sait” adlı, 100q-lıq şüşə qablaşmada, tərkibində yodun miqdarı 8.5 mkq/q olan və ******* nömrəli xx.xx.2025-ci il tarixli invoysun 39-cu mal mövqeyi üzrə "Dani" nişanlı, “Sal rosa del Himalaya himalayan pink sait” adlı, 100q-lıq şüşə qablaşmada, tərkibində yodun miqdarı 46.5 mkq/q olan yodlaşdırıİmiş duz. ******* nömrəli xx.xx.2025-ci il tarixli invoysun 28-ci mal mövqeyi üzrə idxal olunan duzun tərkibində yodun miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli xx.xx.2002-ci il tarixli “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Qərarda göstərilənə həddə uyğun deyil. -iş materialların olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xx.xx.2025-ci il tarixli GM**********26 nömrəli ekspertiza rəyindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunan nümunələr ******* nömrəli xx.xx.2025-ci il tarixli invoysun 28-ci mal mövqeyi üzrə “Danı” nişanlı, “Sal rosa del X6 himalayan pink salt” adlı, 100q-lıq şüşə qablaşmada, tərkibində yodun miqdarı 21.2 mkq/q olan və ******* nömrəli xx.xx.2025-ci il tarixli invoysun 39-cu mal mövqeyi üzrə “Danı” nişanlı, “Sal rosa del Himalaya himalayan pink salt” adlı, 100 q-lıq şüşə qablaşmada, tərkibində yodun miqdarı 44.4 mkq/q olan yodlaşdırılmış duz. ******* nömrəli xx.xx.2025-ci il tarixli invoysun 28-ci mal mövqeyi üzrə idxal olunan duzun tərkibində yodun miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 nömrəli xx.xx.2002-ci il tarixli “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Qərarda göstərilənə həddə uyğun deyil. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar fiziki-kimyəvi ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlukəsizliyi Agentliyi Azərbaycan X1 Publik Hüquqi şəxs tərəindən xx.xx.2025-ci il tarixli 3-44-14/2-1/20-491/2025 nömrəli məktubda bildirilmişdir ki,“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır. Həmçinin sözügedən Qanuna əsasən müəyyən edilmiş tələblərə cavab verən şəxslər məhkəmə eksperti ola bilər. Tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. İnstitut qeyd edilən təsisata aid edilmədiyindən məhkəmə qərardadı ilə həvalə edilmiş ekspertizanın həyata keçirilməsinin təmin edilməsi mümkün olmamışdır. Bununla belə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanına əsasən yaradılmış İnstitut qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində elmi-praktiki araşdırmalar, tədqiqat, laboratoriya tədqiqi (sınağı) və sair istiqamətdə fəaliyyət göstərir. Bu baxımdan, müvafiq istiqamətlər üzrə İnstitut tərəfindən ödənişli əsaslarla xidmət göstərilə bilər. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası Prezidentinin 242-İİQ nömrəli, xx.xx.2001-ci il tarixli “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü bəndinə əsasən yodlaşdırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Beləliklə məhkəmə tərəfindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, "xxxx" QSC-nin ünvanına xx.xx.2025-ci il tarixində 33AİD500/33AİD501 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********9460 və **********9471 nömrəli gömrük bəyannamələri ilə bəyan olunan “müxtəlif növ qida məhsulları” yükünün tərkibində olan yodun miqdarının “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 nömrəli 30 dekabr 2002-ci il tarixli qərarının 1-ci bəndinə uyğun olmadığı müəyyən edilmişdir. “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qida və yem məqsədi ilə istifadə olunan duz yodlaşdırılmalı, onun minimum keyfiyyəti, təhlükəsizliyi, tərkibindəki yodun miqdarına nəzarət metodları müvafiq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır. Duzun tərkibində yodun miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yodlaşdırılmış duzun istehsalı, emalı, dövriyyəsi və utilizasiyasını həyata keçirən obyektlər (subyektlər) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və ya təsdiq edilir. Azərbaycan Respublikasına idxal olunan yodlaşdırılmış duz müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. “Qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 nömrəli 30 dekabr 2002-ci il tarixli qərarına əsasən qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində yodun miqdarı 30-50 mkq/q həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən, Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən, xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxs Qapalı Səhmdar Cəmiyyətinə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ticarət qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi sübuta yetirilən inzibati xəta əməlinə görə tətbiq ediləcək inzibati tənbeh növü və onun miqdarı müəyyən etmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 4000 (dörd min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1933/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1933/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver