Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1934/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X3 iştirakı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X3 fərdi identifıkasiya nömrəsi ilə qeydiyyatdan keçdiyi “mygov” mobil tətbiqinə xx.xx.2025-ci il tarixində, saat 17:00-da SHXDÇX tərəfindən “X6, Sizin cari ilin iyul çağırışına cəlb olunmağınızla əlaqədar xx.xx.2025-ci il tarixində saat 08:00-da şəxsiyyət vəsiqəsi ilə Xidmətin Bakı şəhər Səbail rayon İdarəsinə gəlməyiniz tələb olunur” məzmununda bildiriş gəlmişdir. Səhəri gün yəni xx.xx.2025-ci il tarixində səhər saatlarında xidmətə üz tutaraq xx.xx.2025-ci il tarixində gələrkən hara yaxınlaşacağını, müayinə üçün hansı formada gəlməyini, əlavə hansısa sənədərə ehtiyac olub-olmadığını soruşduqda ondan şəxsiyyət vəsiqəsi alınaraq "sizi cərimə edirik” fikri bildirilmiş və barəsində mövcud protokol tərtib edilmişdir. Həmin zaman onu hansı səbəblə cərimə etdiklərini, onun çağırış gününün əslində sabaha olmasını, hər hansısa yayınma və sair faktları olmadığını bildirdikdə onun fikirlərinə əhəmiyyət verilməmişdir. Qeyd etmişdir ki, o “mygov” mobil tətbiqi ilə ona göndərilmiş bildirişdən başqa bildiriş almamışdır. Həmin bildirişdə göstərildiyi vaxt da xidmətin müvafiq idarəsində olaraq müayinələr üçün göndəriş məktubu almışdır. Məhkəmə iclasında iştirak edən X5 şikayətdə qeyd edilənlərə uyğun izahat verərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xtam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X5 tərəfindən İXMnin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-i il tarixli smsm bildirişə əsasən X8 cari ilin iyul çağırışına cəlb olunmağı ilə bağlı xx.xx.2025-ci il tarixində saat 08:00-da şəxsiyyət vəsiqəsi ilə Xidmətin Bakı şəhəri, Səbail rayon idarəsinə gəlməyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd: 1. Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X4 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, X3 münasibəti qərəzli olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş diskdən görünür ki, yol nişanı ərazidə görsənilmir və saxladığı yer nişanlanma xətti ilə işarələnməyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025 tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025 tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Şəhla Süleymanova