Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1936/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Leyla Mirfazil qızının katibliyi, Bakı Şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli Ədliyyə qulluqçusu X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, «xxxxxxxxxxxxxxxxxxx» MTK-nın nümayəndəsi X1, Tələbkarın nümayəndəsi və vəkili X5 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Yaqub Məmmədov tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1318/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1318/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon icra və probasiya şöbəsində xx.xx.2020-ci il tarixli qərarla icraata başlanmış, Səbail rayon məhkəməsinin “iddianın təmini tədbiri barədə” xx.xx.2020-ci il tarixli e-2(009)-1318/2020 saylı icra sənədinə əsasən ünvan 1 A ünvanının qonşuluğunda hər hansı təmir-tikinti işlərinin aparılmasının cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK-ya və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Tələbin dərhal icrasına dair cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK-ya xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş verilmişdir. İcra sənədində göstərilən tələbin dərhal icrasının təmin edilməsi ilə bağlı xx.xx.2020ci il tarixdə müvafiq akt tərtib edilib və cavabdehin nümayəndəsini icra sənədində göstərilən tələblərin mahiyyəti elan edildi. Sonrakı müddət ərzində müəyyən edilmişdir ki, borclu şəxs tərəfindən sözügedən ünvanda təmir-tikinti işləri davam etdirilir. Bu faktın təsdiqi ilə bağlı xx.xx.2020-ci il tarixdə icra yerinə dəvət edilmiş Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşlarının birgə iştirakı ilə akt tərtib edilmiş və icranın dayandırılması təmin edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin ünvanda təkrar təmir-tikinti işlərinin davam etidirilməsi barədə məlumat aldıqdan sonra bu faktla bağlı akt tərtib edilmiş, “xxxxxxxxxxxxxxxxxxx” MTK-nın iş icraçısı X7 xəbərdarlıq edilməklə, dərhal təmir-tikinti işlərinin dayandırlması tələb edilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə həmin ünvanda icra məmurlarının və Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş, icra sənədinin mahiyyəti barədə icra zamanı təmir-tikinti işlərini davam etdirən, 10 şəxsə xəbərdarlıq edilmişdir. Həmin şəxslərin sözügedən məhkəmə aktının icrasına maneəçilik törətmələri aşkar edilmiş, onların əmək müqaviləsi olmadığından inzibati məsuliyyət məsləsinin həll edilməsində çətinliklər yaranmışdır. Daha sonra təmir-tikinti işləri dayandırılması təmin edilmişdir. xx.xx.2020-ci il, xx.xx.2020, xx.xx.2020-ci il və sonuncu xx.xx.2020-ci il tarixdə həmin vəziyyət yenə təkrarlanmış və müvafiq atlar tərtib edilmişdir. “xxxxxxxxxxxxxxxxxxx” MTK-nın direktoru şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. Şirkətin direktoru Şəxs sözügedən icra sənədi üzrə tələbin yerinə yetirməməsində səmimi olmamış və özünü təqsirkar hesab etməmişdir. Lakin o, icra sənədinin icrasının dayandırılması ilə bağlı icra sənədinin icrasına izah verilməsi üçün şöbəyə müraciət etmiş və müvafiq sənədləri imzalamışdır. Hal-hazırda da məlumat verilmişdir ki, sözügedən ünvanda cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK tərəfindən təmir-tikinti işləri qanunsuz olaraq davam etdirilməkdədir. Beləliklə, xx.xx.1971-ci il təvəllüdlü Şəxs Səbail rayon məhkəməsinin “iddianın təmini tədbiri barədə” xx.xx.2020-ci il tarixli e-2(009)-1318/2020 saylı icra sənədinin icrası ilə bağlı vəzifəli şəxs kimi heç bir tədbir görməməsi, əksinə qərəzli şəkildə təmir-tikinti işlərini sözügedən ünvanda davam etdirilməsi kimi hallar məhkəmə qərarının qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MTK barəsində və həmin şirkətin direktoru Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM- nın 528.1 maddəsinin tərkibi olduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulan qaydada inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğun hesab edilir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Yaqub Məmmədov borclu «xxxxxxxxxxxxxxxxxxx» MTK-nın direktoru Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu «xxxxxxxxxxxxxxxxxxx» MTK-nın direktoru Şəxs izahat verərək bildirmişdir ki, icraçı direktor 1500 manat cərimə olunana qədər tikinti işləri davam edə bilərdi, lakin hal-hazırda heç bir tikinti işi getmir. Həmin video görüntülərin onların tikintisinə aid olması sübut olunmur. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən «xxxxxxxxxxxxxxxxxxx» MTK-nın nümayəndəsi X2 öz izahatında bildirdi ki, o “xxxxxxxxxxxxxxxxxxx» MTK-nın hüquqşünas-mətbuat katibi vəzifəsində işləyir. Hal-hazırda «xxxxxxxxxxxxxxxxxxx» MTK-da heçbir tikinti işi aparılmır. Həmin video görüntülər əvvəldən onlara təqdim olunmalı və aktlaşdırılmalı idi. Onlara təqdim etmələrini bildirsələr də, əvvəlcədən təqdim olunmamışdır, bu səbəbdən həmin video görüntünün mötəbər sübut sayılmadığını hesab edirlər. Onların tikintilərinə aid olması da sübut olunmur. Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən onlara qərəzli yanaşıldığını hesab edirlər. Sanki icra şöbəsində sadəcə bir iş var, bu da onlara qarşı olan işdir. İcraçı direktor inzibati qaydada cərimə olunduğundan, həmin icra sənədi üzrə MTK barəsində yenidən cərimə tətbiq oluna bilməz. Bu səbəbdən protokolun təmin olunmamasını xahiş edirik. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili X6 öz izahatında bildirdi ki, iddia təmin tədbiri barədə çıxarılan qərardaddan verilən şikayət iş üzrə icranı dayandırmır. Lakin MTK tərəfindən təmir-tikinti işləri davam etdirilir. Beləliklə həmin ərazidə yaşayan insanların hətta, ev heyvanlarının həyatı təhlükə altında qalır. Bununla bağlı cərimə olunmaqlarına baxmayaraq yenidən tikinti işlərinə davam edirlər. Bu səbəbdən MTK direktoru barəsində qanuna uyğun tədbir görülməsini xahiş edirik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs həmin ərazidə yaşayan vətəndaşın təhlükəsizliyini düşünməmişdir. Bir vəzifəli şəxs kimi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1936/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1936/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver