Məhkəmə qərarları › İş №3(009)-1936/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1936/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1936/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Dadaşov Kamal Yusif oğlunun iştirakı ilə, 10 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək 10 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, YPX İnzibati Qrup polis kapitanı X1 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP6675514 saylı qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlar müvafiq Qərarın qanunsuz və əsassız olmasını, inzibati xəta tərkibinin əslində mövcud olmamasını, buna görə də barəmdə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsinin zəruri olduğunu göstərir. Belə ki, xx.xx.2024-cü il saat 10:23 radələrində Bakı-Salyan yolu 3 Apr. ərazisində mənə məxsus VOLKSWAGEN TİGUAN R- LİNE minik markalı, 90NX750 dövlət qeydiyyat nişanlı -əqliyyat vasitəsi ilə hərəkətdə olarkən baş inspektor (soyadı Həmidov) tərəfindən “saxla” əmrinə əsasən idarə etdiyim nəqliyyat vasitəsini saxladım. Bundan sonra həmin polis əməkdaşı sadəcə soyadını bildirərək, sənədlərimi tələb etdi, mən də hansı əsasla saxlanıldığımı soruşdum. İlk öncə polis əməkdaşı sadəcə kənardan baxmaqla nəqliyyat vasitəsinin ox yayları üzərində düzgün paylanmaması əsası ilə saxlanıldığımı bildirsə də, avtomobilin demək olar ki, kənardan hər tərəfınə, daha sonra isə əyilərək alt hissəsinə baxış keçirdi. Əvvəl hər şeyin qaydasında olduğunu bildirsə də, nəqliyyat vasitəsinin arxa qazan hissəsinə baxış keçirərək, arxa səsboğucunun kustar üsulla quraşdırıldığını, yəni qaynaq edildiyini iddia edib, məndən bununla bağlı sertifikat tələb etdi və mobil telefonla həmin hissənin şəklini çəkdi. Qeyd edim ki, sözügedən səsboğucu Volkswagen zavodu tərəfindən istehsal olunmuşdur, həmin hissəyə yeni avadanlıq quraşdırılmamışdır, sadəcə köhnə arxa qazan Volkswagen zavodunun istehsal etdiyi yəni, zünə məxsus yeni arxa qazanla əvəz edilmişdir, nəqliyyat vasitəsinə başqa bir arxa qazan quraşdırılmamışdır. Qeyd olunan hissədən kənarlaşmaya səbəb olacaq səs gəlmir. Nəqliyyat vastələrində 2 katalizator və 1 rezonator var, səsboğucu sadəcə bolt yastıqları ilə bağlanılmışdır, qaynaq edilməmişdir. Lakin bütün bunlara baxmayaraq yol polisi əməkdaşı saxlamaqla barəmdə İXM-nin 342.2.2-ci maddəsinə istinad edərək normativ tələblər pozulmaqla. avadanlığın quraşdırılması və ya dəyişdirilməsi əsası ilə əsassız, qanunsuz şəkildə 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə məni maddi ziyana məruz qoymuşdur. Həmçinin bununla barəbər idarə etdiyim nəqliyyat vasitəsi heç bir protokol və ya qərar olmadan, mənə təqdim edilmədən nəqliyyat vasitəsinin idarə olunmasından məni kənarlaşdırmaqla nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilmişdir. Nəqliyyat vasitəsi hal-hazırda da cərimə meydançasındadır. Xüsusi olaraq onu da qeyd edim ki, barəmdə çıxarılan qərar polis kapitanı X1 tərəfindən tərtib olunsa da, məni saxlayan şəxs isə ad və ata adını bildirməyərək sadəcə özünü baş inspektor - Həmidov olaraq təqdim etmişdir. Hesab edirəm ki, yol polis əməkdaşı inzibati xəta tərkibi olmadan barəmdə qanunsuz olaraq bati cərimə növündə inzibati tənbeh tətbiq etməklə və nəqliyyat vasitəsini heç bir protokol və ya qərar tərtib etmədən cərimə meydançasına aparmaqla mənim hüquqlarımı kobud şəkildə pozmuşdur. Qanunsuz olaraq barəmdə həm inzibati cərimə tətbiq olunması, həm də bir neçə gündür ki, hər gün idarə etdiyim minik avtomobilimin əsasssız olaraq cərimə meydançasına yerləşdirilməsi mənim gündəlik yaşamımda ciddi çətinliklər yaradıb. Belə ki, nəqliyyat vasitəm olmadan bir yerdən başqa yerə getmək üçün günlərdir ki, taksidən :adə etmək məcburiyyətində qalmışam və buna görə də ciddi maddi problemlərlə əşmişəm. Barəsində inzibati tənbeh tətbiq edilməsi üçün əsas olan AR İXM 342.2.2-ci maddəsinin məzmununa əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi inzibati xəta tərkibi yaradır. Odur ki, işin faktiki hallarından da göründüyü kimi sözügedən səsboğucu Volkswagen zavodu tərəfindən istehsal olunmuşdur. Qeyd edim ki, sözügedən səsboğucu Volkswagen zavodu tərəfindən istehsal olunmuşdur, həmin hissəyə yeni avadanlıq quraşdırılmamışdır, sadəcə köhnə arxa qazan Volkswagen zavodunun istehsal etdiyi yəni, özünə məxsus yeni arxa qazanla əvəz edilmişdir, nəqliyyat vasitəsinə başqa bir arxa qazan quraşdırılmamışdır. Həmin hissədən kənarlaşmaya səbəb olacaq səs gəlmir. Səsboğucu sadəcə bolt yastıqları ilə bağlanılmışdır, qaynaq edilməmişdir. Bütün bunlar müvafiq maddə üzrə inzibati xəta tərkibinin mövcud olmadığını göstərir. Belə ki, yol polisi əməkdaşı saxlanma səbəbimin əvvəlcə nəqliyyat vasitəsinin ox yaylari üzərində düzgün paylanmaması olduğunu bildirərək, nəqliyyat vasitəsinə baxış keçirdikdən sonra isə fərqli səbəb göstərərək guya normativ tələbləri pozmaqla nəqliyyat vasitısinə avadanlıq quraşdırdığımı iddia etmiş və buna görə mənə inzibati cərimə tətbiq etmiş və heç bir protokol tərtib etmədən avtomobili cərimə meydançasına aparmışdır. xx.xx.2024-cü il tarixli “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydalarının pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* saylı Qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, 10 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün yenidən tənbeh verən orqanına göndərilməlidir. İş materiallarına əlavə edilmiş 10 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Bakı şəhəri, Salyan yolu 09 avqust 2024-cü il tarixdə, saat 10:23-də Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə dair nəqliyyat vasitənin texniki müəyinə aktı və ya rəy mövcud olmadığından, bununla da nəqliyyat vasitəsində avadanlığın quraşdırmaqla və ya dəyişdirməklə hansı normativ tələblərin pozulması müəyyən edilmədiyindən səlahiyyətli orqan tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadıqda inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə tərəfindən qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli 10 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. 10 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar