Məhkəmə qərarları › İş №3(009)-1940/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1940/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1940/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.9-cu maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Şəxs İXM-nin 329.3 və 342.9-cu maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokola əsasən inzibati xəta Bakı şəhəri, Nobel prospekti 54 ünvanında törədilmişdir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.9-cu maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar