Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1943/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail rayon icra şöbəsinin icra məmuru X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və onun müdafiəçisi X2 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında Bakı şəhəri protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayon məhkəməsinin 1 (009)- 165/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi borclu X8 tərəfindən üzrsüz səbəbdən icra olunmur. Nəticədə borclu X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X13 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Səbail rayon məhkəməsinin 1 (009)-165/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən məhkum edilmiş (mülki cavabadeh) X3 cəmi 2751 manat tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. İcra sənədi üzrə (mülki cavabadeh) X8 ödənilməli olan borc məbləğindən bugünədək cəmi 100 manat məbləğində ödəmiş etmişdir. Tələbkar (mülki iddiaçı) X4 11.11,2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclunun ona hər ay ona hissə hissə ödəniş etməsinə razı olmadığını bildirmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu xx.xx.2022-ci il tarixdəşöbəyə dəvət olunmuş ondan izahatı alınmışdır. İzahatında tək olduğunu, himayəsində bir azyaşlı uşağ olan ana olduğunu, məhkum olmasını və hazırda işlədiyini qeyd etmiş, həmçinin icra sənədi üzrə ödənilməli olan borc məbləğinin əmək haqqının 50% nə yönəldilməsini bildirmişdir. Borclu tərəfindən tələbkara 100 manat ödəniş edilmiş və qalıq borcu 2651 manat qalmışdır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Hesab edir ki, borclu X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən, barəsində inzibati protokol tərtib edilmiş X5 barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahatında bildirmişdir ki, maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Hazırda "xxxx" MMC-də təmizlik işçisi kimi işləyir və borcunu hissə-hissə ödəməyi öhdəsinə götürür. Məhkəmədən göstərilən halların nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 müdafiəçisi X7 hüquqlarını müdafiə etdiyi X8mım maddi vəziyyəti ilə əlaəqdar olaraq icra sənədini icra edə bilmədiyini, hazırda işlədiyini və borcu hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü bildirərərk, icra sənədinin tam icra edilə bilməməsinin üzrlü hesab edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştiarkçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Səbail rayon məhkəməsinin 1 (009)-165/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, məhkum edilmiş (mülki cavabadeh) X3 cəmi 2751 manat tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 05/22 saylı 05 dekabr 2022-ci il tarixli arayışından görünür ki, X8 "xxxx" MMC-də təmizlik işçisi kimi işləyir, Aylıq əmək haqqı 441 manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borcun bir qisminin ödənilmiş, qalan məbləği isə borclu X8 maddi vəziyyətinə görə bugünədək icra edə bilməmiş, hazırda icra sənədinin hissə-hissə ödənilməsi barədə öhdəlik götürmüşdür. Belə olan halda, X5 icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X5 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə X5 psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs X5 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1943/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1943/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver