Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1945/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Quliyeva Afət Xansıvar qızı, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətinə işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİM: Səbail Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə X2 Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İş materiallarından görünür ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət qanunvericilikdə nəzərdə tutulmuş vaxtda verilməmiş, müddətin bərpası barədə vəsatət şikayət ərizəsinə əlavə edilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq mümkün olmamışdır. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X4 verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, şikayətlə birlikdə ötürülmüş müddətin bərpası barədə vəsatət verməklə məhkəməyə müraciət edə bilər. Bundan başqa izah edilir ki, İXM-in 146.1-1-ci maddəsinin tələbinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində olan Bakı Nəqliyyat Agentliyinin BNA ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət icraata qəbul edilməsin və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X3 nöqsanları aradan qaldıraraq, şikayətlə birlikdə ötürülmüş müddətin bərpası barədə vəsatət verməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1945/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1945/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver