Məhkəmə qərarları › İş №3(009)-1946/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1946/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1946/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən "xxxx" MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1870/21 saylı, 28 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********6936 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş "xxxx" yükünə dair MMC tərəfindən sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilmək üçün təqdim edilmiş **********5493 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında bəyan edilmiş malın adında uyğunsuzluq aşkar edilmişdir. "xxxx" MMC tərəfindən **********5493 sorğu nömrəli 15.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsindən sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edilmiş mallara dair dair müşayiət sənədlərinin araşdırılması zamanı həmin malların saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilməsi üçün Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş **********6936 sorğu nömrəli 16.08.2021-ci il tarixli gömrük bəyannaməsində və VOLU4549251/1 nömrəli 13.05.2021-ci il tarixli invoys sənədində "xxxx" kimi bəyan edildiyi, lakin, MMC tərəfindən **********5493 sorğu nömrəli 15.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edilərkən malların “25500 ədəd tort üçün şamlar” kimi bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən malların 18.08.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postunda müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilərkən, "xxxx" olduğu müəyyən edilmiş və saxlanca götürülmüşdür. Araşdırma zamanı "xxxx" MMC-nin direktoru olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, rəhbəri olduğu MMC-nin adına Çin Xalq Respublikasından 46D62510/46D62610 nömrəli yük nəqliyyat vasitəsində VOLU4549251/1 nömrəli 13.05.2021-ci il tarixli invoys üzrə "xxxx" yükü idxal edildiyini, idxal etdikləri “fişənglər” yükü tezalışan maddələrə aid olduğuna görə Azərbaycan Respublikasına idxalının xüsusi icazə əsasında həyəta keçirildiyini, həmin malların idxalına görə Fövqəladə Hallar Nazirliyindən xüsusi icazələri olmadığına görə xüsusi icazəni aldıqdan sonra malları rəsmiləşdirmək üçün idxal etdikləri yükləri 16.08.2021-ci il tarixdə **********6936 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca qoyduqlarını, lakin, sonradan xüsusi icazənin alınması üçün ən tez 4 ay vaxt tələb edildiyini öyrəndiklərini, həmçinin, malların tortların üzərində istifadə olunduğunu və “bazar adının” tort üçün şam adlandırıldığını nəzərə alıb malların rəsmiləşdirilməsini başa çatdıraraq sərbəst dövriyyədə sata bilməkləri üçün gömrük orqanına “tort üçün şamlar” kimi bəyan etdiklərini, idxal etdikləri yüklərin "xxxx" yükü olduğunu, gömrük qaydalarını bilərəkdən pozduqlarını, törətdikləri əməldən peşman olduqlarını, xüsusi icazəni aldıqdan sonra malların rəsmiləşdirilməsini başa çatdıracaqlarını bildirmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 02 iyun 2016-cı il tarixli qərarına əsasən xarici ölkədən Azərbaycan Respublikasına gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaiməfakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir. Beləliklə, "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasından VOLU4549251/1 nömrəli 13.05.2021-ci il tarixli invoys üzrə 46D62510/46D62610 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və **********5493 sorğu nömrəli 15.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edilmiş malların gömrük dəyərinin 6800,00 manat olduğu gömrük bəyannaməsinin 45-ci qrafasına əsasən müəyyən edilmişdir. Odur ki, "xxxx" MMC tərəfindən gömrük dəyəri 6800,00 manat olan "xxxx" yüklərinin qanunvericiliklə müəyyənləşdirilmiş məhdudiyyətlərdən azad etməklə xüsusi icazə olmadan ölkə ərazisində sərbəst dövriyyədə istifadə etməkdən ötrü **********5493 sorğu nömrəli 15.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə “25500 ədəd tort üçün şam” kimi bəyan edildiyi müəyyən edilmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, "xxxx" MMC-nin adına Çin Xalq Respublikasından 46D62510/46D62610 nömrəli yük nəqliyyat vasitəsində VOLU4549251/1 nömrəli 13.05.2021-ci il tarixli invoys üzrə “25500 ədəd tort üçün fişəngllər” yükü idxal edilmişdir. İdxal edilən “fişənglər” yükü tezalışan maddələrə aid olduğuna görə Azərbaycan Respublikasına idxalın xüsusi icazə əsasında həyata keçildiyini, həmin malların idxalına görə Fövqəladə Hallar Nazirliyindən xüsusi icazələri olmadığına görə idxal edilən yüklərin 16.08.2021-ci il tarixdə **********6936 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca qoyulduğunu və sonradan malları rəsmiləşdirmək istədiyini qeyd etmişdir. Lakin, sonradan xüsusi icazənin alnması üçün ən tez 4 ay vaxt tələb olunduğu öyrənilmişdir. Həmçinin, idxal edilən malların tortların üzərində istifadə olunduğunu və “bazar adının” tort üçün şam adlandırıldığını nəzərə alaraq, gömrük orqanına “tort üçün şamlar” kimi bəyan edilmişdir ki, malların rəsmiləşdirilməsi başa çatdırılsın və sərbəst dövriyyədə satıla bilsinlər. İdxal edilən yüklər "xxxx" yüküdür. Gömrük qaydalarını bilərəkdən pozduqlarını, əməllərindən səmimi peşman olduqlarını, gələcəkdə bu kimi halların təkrarlanmayacağını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasından VOLU4549251/1 nömrəli 13.05.2021-ci il tarixli invoys üzrə 46D62510/46D62610 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və **********5493 sorğu nömrəli 15.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində sərbəst dövriyyə buraxılış gömrük prosedurunda bəyan edilmiş malların gömrük dəyərinin 6800,00 manat olduğu gömrük bəyannaməsinin 45-ci qrafasına əsasən müəyyən edilmişdir. Odur ki, "xxxx" MMC tərəfindən gömrük dəyəri 6800,00 manat olan "xxxx" yüklərinin qanunvericiliklə müəyyənləşdirilmiş məhdudiyyətlərdən azad etməklə xüsusi icazə olmadan ölkə ərazisində sərbəst dövriyyədə istifadə etməkdən ötrü **********5493 sorğu nömrəli 15.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə “25500 ədəd tort üçün şam” kimi bəyan edildiyindən, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 6800 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 2040 (iki min qırx) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyektinin dəyəri olan 6800 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 2040 (iki min qırx) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar